Vakansiyalar

Line Spacing+- AFont Size+- Çap

Bölmə: Dövlət İmtahan Mərkəzinin Lənkəran regional bölməsi

Vəzifənin adı: aparıcı məsləhətçi

İş yeri: Lənkəran şəhəri

Əmək haqqı: 525 AZN

Vəzifə təlimatı: 

-          imtahanların təşkili və keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;

-          imtahana cəlb olunan şəxslərlə işin aparılması (onların seçilməsi, anketləşdirilməsi, təlimlərin təşkili və keçirilməsi), imtahanın keçiril­məsində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yaradılması, zənginləşdirilməsi və istifadəsinin həyata keçirilməsi;

-          yerli pedaqoji heyətlə işin aparılması (Mərkəz tərəfindən dərc edilən materialların müzakirələrinin, seminarların və s. tədbirlərin keçirilməsi);

-          imtahan keçirilməsi yerlərinin bazasının yaradılması, onun zənginləşdirilməsi və istifadəsi, qəbul edilmiş sxemə uyğun onların hazırlanması

-          Regional bölməyə daxil olan sənədlərin, eləcə də vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi.

Təhsil: ali

Dil bilikləri: ingilis dili (orta səviyyədə), rus dili (yüksək səviyyədə)

Kompüter bacarıqları: MS Windows, MS Office, İnternet  (yüksək səviyyədə)

İş təcrübəsi:  tələb olunmur

Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər müraciət (CV) formasını a.quliyeva@dim.gov.az  ünvanına 4 yanvar 2018-ci il tarixədək  göndərə bilərlər.

Qeyd: Müsahibəyə dəvət olunacaq namizədlər üçün müsahibənin proqramı

KADRLAR UÇOTUNUN ŞƏXSİ VƏRƏQƏSİ