TOEFL imtahanı

Line Spacing+- AFont Size+- Çap

Ümumi məlumat

TOEFL iBT® imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyən edilir.

İmtahan vaxtının bölgüsü və müddəti:

İmtahan bölmələri

Vaxt

Oxu

60-80 dəq.

Dinləmə

60-90 dəq.

10 dəq. fasilə

Danışma

20 dəq.

Yazı

50 dəq.


Onlayn formada keçirilən TOEFL iBT® imtahanı ingilis dilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır. İmtahanın nəticələrini qəbul edən 130-dan çox ölkənin 9000-dən artıq kolleci, universiteti və institutları haqqında daha ətraflı məlumatı https://www.ets.org/toefl/ibt/about/who_accepts_scores keçidindən əldə edə bilərsiniz.

İl ərzində TOEFL iBT® üzrə keçirilən imtahan günlərinin sayı ingilis dili üzrə bacarıqları yoxlayan digər imtahanlarla müqayisədə daha çoxdur. İmtahanlararası 12 gün fasilə vermək şərtilə istənilən qədər imtahanda iştirak etmək mümkündür.

Dövlət İmtahan Mərkəzi TOEFL iBT® -nin məlumat sistemində SEC STN15430A kodu ilə qeydiyyata alınmışdır. TOEFL® imtahanını DİM test mərkəzində vermək istəyən şəxslər qeydiyyat zamanı DİM test mərkəzini həmin kod vasitəsilə seçə bilərlər.

İmtahan tarixləri:

30.09.2017

28.10.2017

25.11.2017

09.12.2017

13.01.2018

10.02.2018

03.03.2018

21.04.2018

19.05.2018

02.06.2018

23.06.2018

Qeyd edək ki, DİM bu prosesdə yalnız imtahan mərkəzi kimi iştirak edir. Sualların məzmunu, eləcə də cavabların emal edilməsi ilə bağlı olan məsələlər DİM-in səlahiyyətinə aid deyil. 

Qeydiyyat

İmtahanlara qeydiyyat aşağıdakı qaydada aparılır:

1.     İmtahana qeydiyyatdan keçmək üçün TOEFL iBT® -nin internet səhifəsində şəxsi hesab açmaq;

-ETS təşkilatının internet səhifəsində şəxsi hesab yaratmaq üçün linki (https://toefl-registration.ets.org/TOEFLWeb/extISERLogonPrompt.do) açıb, “Register” bölməsinə keçdikdən sonra “Sign up” bölməsinə daxil olmaq və tələb olunan xanaları doldurmaqla təsdiq etmək;

2.     Şəxsi hesab yaratdıqdan sonra, oradan «My Home Page» bölməsində «Register for a Test\Order Score reports»-a daxil olmaq;

3.     Qeydiyyatdan keçmək üçün TOEFL Test bölməsinə daxil olmaq, sonra «I agree» düyməsini seçmək;

4.     Növbəti səhifədə ölkəni, şəhəri, tarixi seçdikdən sonra təqdim olunan test mərkəzləri siyahısından «State Examination Center» seçmək;

Qeyd: Ödəniş edilmədikdə qeydiyyat yekunlaşmış hesab edilmir. 

Qeydiyyatdan keçmək üçün öncədən tələb olunan vəsaitlər:

-Ödəniş plastik kart vasitəsilə həyata keçirilir. İmtahanda iştirak etmək üçün ödəniş haqqı 165 ABŞ dollarıdır. İmtahan rüsumlarının ətraflı bölgüsü ilə linkdə tanış ola bilərsiniz: https://www.ets.org/toefl/ibt/about/fees/

- Qeydiyyatdan imtahandan bir həftə əvvəl keçmək lazımdır. Əgər vaxtında qeydiyyatdan keçməmisinizsə, test mərkəzində boş yerlər olduğu təqdirdə imtahan gününə 4 gün qalmışa qədər əlavə gecikmə rüsumunu (50 ABŞ dolları) ödəyərək qeydiyyatdan keçmək mümkündür (əlavə məlumat linkdə:https://www.ets.org/toefl/ibt/register/)

Qeydiyyatdan keçmək üçün daha ətraflı məlumatı https://www.ets.org/Media/Tests/TOEFL/pdf/4677_TOEFL_Reg_Guide.pdf  linkindən əldə edə bilərsiniz.

DİM tərəfindən keçirilən TOEFL imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz: amajidova@tqdk.gov.az