Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tam orta təhsil bazasında tələbə qəbulunun nəticələri “Abituriyent” jurnalında çap olunmuşdur

Line Spacing+- AFont Size+- Çap
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tam orta təhsil bazasında tələbə qəbulunun nəticələri “Abituriyent” jurnalında çap olunmuşdur
08.09.2017

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini çap etmişdir. 

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunmuşdur.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; 
  • Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).