14 iyul 2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından əldə edə bilərlər.
14 iyul 2019-cu il tarixində dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb
Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
07.08.19 12:20