SAT imtahanlarının nəticəsi ilə “ADA” Universitetinə sənəd verənlər üçün qəbul prosesi

Line Spacing+- AFont Size+- Çap
10.11.2017

Sənəd qəbulu üçün minimal tələblər aşağıda göstərilmişdir

   

SAT imtahanı ilə bağlı tələblər:

 

-          SAT imtahanından minimum 1200 bal;

-          Aşağıdakı ixtisaslara müraciət edənlər üçün SAT imtahanının Riyaziyyat bölməsi üçün 800 baldan minimum 600 bal tələb olunur:

o    Kompüter elmləri

o    Kompüter mühəndisliyi

o    İnformasiya texnologiyaları

o    Biznesin idarə edilməsi

o    İqtisadiyyat

 

İngilis dili ilə bağlı tələblər:

 

-          Akademik IELTS imtahanından minimum 6 bal və ya TOEFL imtahanından minimum 75 bal

Aşağıdakı hallarda ingilis dili ilə bağlı tələb güzəşt olunur:

  • “ADA” Universitetinin Akademik Məqsədlər üçün İngilis dili proqramının Upper Intermediate səviyyəsi üzrə tam kursu müvəffəqiyyətlə bitirmiş şəxslər
  • Dövlət dili ingilis dili olan ölkədə son iki ildə ingilis dilində təhsil almış şəxslər

Azərbaycan dili ilə bağlı tələblər:

-          Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin rus, ingilis və ya gürcü bölmələrini cari ildə bitirən, eləcə də ümumtəhsil məktəbini əvvəlki illərdə və ya xaricdə bitirən abituriyentlər “Azərbaycan dili” fənni üzrə qəbul imtahanında iştirak edərək “məqbul” qiyməti almalıdırlar.  

-          2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar.

-          Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsini cari ildə bitirən abituriyentlər isə buraxılış imtahanında iştirak edərək Azərbaycan dili fənni üzrə minimal 15 bal toplamalıdırlar;  

Müraciət prosesi

 

Birinci mərhələ

 

Sənədlərin təqdim olunması

-          “ADA” Universitetinin elektron ərizə forması (www.ada.edu.az/apply)

-          “ADA” Universitetinin elektron ərizə formasına əlavələr

o    Orta məktəbin 9, 10 və 11-ci siniflər üzrə yekun rüblük qiymətləri və ya Attestat

o    Şəxsiyyət vəsiqəsi

-          Dövlət İmtahan Mərkəzinin elektron ərizə forması

İkinci mərhələ

 

İmtahan nəticələrinin təqdim olunması (SAT, IELTS və TOEFL nəticələri 15 iyun, 2018-ci ilə qədər iki ili tamam olmadığı müddətdə etibarlı sayılır)

 

-          Akademik IELTS (6.0) və ya TOEFL (75)

o    Test nəticələri “ADA” Universitetinin elektron ərizə formasına əlavə olunmalı və test mərkəzi tərəfindən birbaşa “ADA” Universitetinə göndərilməlidir. “ADA” Universitetinin TOEFL kodu 2093-dür.

-          SAT nəticələri üç şəkildə təqdim olunmalıdır:

1.       College Board tərəfindən elektron şəkildə “ADA” Universitetinə (kod: 7799)

2.       College Board tərəfindən elektron şəkildə Dövlət İmtahan Mərkəzinə (kod: 7876)

3.       Nəticələr və DİM elektron ərizəsi çap olunmuş şəkildə DİM-ə təqdim olunmalıdır (2 aprel-15 iyun, 2018-ci il)

 

Üçüncü mərhələ

 

Bütün sənədləri təyin olunmuş son tarixə qədər tam şəkildə təqdim etmiş namizədlər “ADA” Universitetinin pedaqoji heyəti tərəfindən keçirilən müsahibələrdə iştirak edəcəklər. Müsahibələr SAT imtahanında əhatə olunan mövzulara uyğun ingilis dili və riyaziyyat üzrə keçiriləcəkdir. Müsahibədə şəxsən iştirak mütləqdir.

 

Yekun tələbə seçimi SAT balları və müsahibə nəticələrinə əsasən aparılacaqdır.

 

Əsas tarixlər

 

“ADA” Universitetinin elektron ərizə qəbulu başlanır

13 noyabr, 2017-ci il

Bütün sənədlərin təqdim olunması üçün son tarix

15 iyun, 2018-ci il

 

 

Müsahibə müddəti

20-30 iyun, 2018-ci il

1-ci seçim mərhələsinin nəticələrinin elanı

5 iyul, 2018-ci il

1-ci mərhələdə qəbul olmuş abituriyentlər üçün qeydiyyatın son tarixi

16 iyul, 2018-ci il

 

 

2-ci seçim mərhələsinin nəticələrinin elanı

20 avqust, 2018-ci il

2-ci mərhələdə qəbul olmuş abituriyentlər üçün qeydiyyatın son tarixi

25 avqust, 2018-ci il