Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəmkir rayonunda vətəndaşları qəbul edəcək.

Line Spacing+- AFont Size+- Çap
12.10.2017

 Şəmkir  rayonunda keçiriləcək qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa  rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. 

Qəbul  oktyabr  ayının 20-də, saat 13:00-da Şəmkir şəhəri H.Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, H.Əliyev prospekti) keçiriləcəkdir.

 Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə  regional bölməsinə (Ünvan: Gəncə şəhər H.Əliyev meydanı.İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.

Bundan əlavə, Şəmkir, Tovuz,  Qazax və Ağstafa  rayon  Təhsil şöbələrində 13 oktyabr –19 oktyabr   2017-ci  il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.