"Nəzarətçilərin elektron qeydiyyatı" sistemi ilə bağlı treninq keçirilib

Line Spacing+- AFont Size+- Çap
"Nəzarətçilərin elektron qeydiyyatı" sistemi ilə bağlı treninq keçirilib
08.11.2017

Noyabrın 8-də Dövlət İmtahan Mərkəzində (DİM) test imtahanlarına ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək ümumtəhsil müəssisələri tərəfindən cavabdeh şəxs qismində təyin olunan əlaqələndiricilərlə treninq keçirilib.

Treninqdə Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, həmçinin qeyd olunan şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri iştirak ediblər.

DİM-in sektor müdiri Adıgözəl Həbibov iştirakçılara zal nəzarətçiləri bazasının formalaşması, onların imtahana cəlb edilməsi və iştirakı ilə bağlı cari ilin nəticələri, növbəti ildə görüləcək işlərin planı və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermiş, "Nəzarətçilərin elektron qeydiyyatı" sisteminin strukturu, funksiyaları, o cümlədən yeni nəzarətçilərə qoyulan tələblər və onların qeydiyyatının aparılması qaydalarını diqqətə çatdırıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi tələb olunan məlumatların daxil edilməsi üçün noyabrın 8-dən dekabrın 1-dək aktiv olacaqdır.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri ilə treninqlər DİM-in regional bölmələrinin əməkdaşları tərəfindən paralel olaraq regionlarda da keçirilir.