Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ağsu şəhərində vətəndaşları qəbul edəcək

Line Spacing+- AFont Size+- Çap
14.09.2017

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 22-də Ağsu şəhərində vətəndaşlarla görüş keçirəcəkdir.

Qəbulda Ağsu rayonunun sakinləri ilə yanaşı Göyçay, Ucar və Kürdəmir rayon sakinləri də iştirak edə bilərlər.

Qəbul saat 11:00-da Ağsu şəhəri, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində keçiriləcək ( ünvan: Ağsu ş., M.Ə.Rəsulzadə küçəsi, 174 ).

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (ünvan: Göyçay ş. R.İsayev küçəsi,43, əlaqə telefonu: (020) 274 66 74) müraciət etmələri xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar  Ucar, Kürdəmir və Ağsu rayon təhsil şöbələrinə də  müraciətə edə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.