Elmi metodiki fənn seminarları haqqında məlumat (2017/2018-ci tədris ili üçün)

Line Spacing+- AFont Size+- Çap
09.10.2017

Dövlət İmtahan Mərkəzində (DİM) 2018-ci ildə keçiriləcək buraxılış imtahanları, hərbi lisey və ali təhsil müəssisələrinə qəbul imtahanlarının məzmunu ilə bağlı materialların, imtahana hazırlaşanlara metodiki köməklik baxımından materialların hazırlanması  məqsədilə 2017-ci il oktyabrın 09-dan fənlər üzrə elmi-metodiki seminarlar öz işinə başlayır.Bununla bağlı müvafiq təşkilati işlər görülmüşdür. Azərbaycan Respublikası Təhsil İnstitutuna, Bakı Təhsil İdarəsinə, ali təhsil müəssisələrinə və AMEA-nın institutlarına məktublar və seminarların iş qrafiki  göndərilmişdir. Seminarların işində  müvafiq fənlər üzrə müəllimlər, metodistlər,  metodika kafedralarının müəllimləri, mütəxəssislər, pedaqoji yönümlü fakültələrin magistrləri     iştirak edə bilərlər.

 Seminarlar DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasının 4-cü mərtəbəsində akt zalında keçiriləcəkdir.