Xəbərlər
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 14-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir. Qəbulda Sumqayıt şəhərinin, Abşeron, Xızı rayonlarının sakinləri, eləcə də bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşadan olan məcburi köçkünlər iştirak etmişlər.
İbtidai təhsil səviyyəsində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları:
2017-ci il dekabrın 12-də Dövlət İmtahan Mərkəzində ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Tədbirdə Mərkəzin rəhbərliyi, mərkəzi aparatının əməkdaşları, eləcə də canlı videobağlantı vasitəsilə DİM-in Regional Bölmələrində çalışan əməkdaşları iştirak etmişdir.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2017-ci il 7-8 dekabr tarixlərində İnstitusional Quruculuq üzrə İllik Regional Konfransda iştirak etmək məqsədilə Kiyev şəhərinə səfər etmişdir.
Dövlət İmtahan Mərkəzi (DİM) 14 və 15 dekabr 2017-ci il tarixlərində Respublikanın 38 şəhər və rayonunda (Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu,İmişli, Beyləqan, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən) ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.
2017-ci il 5-6 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xab, Estoniyanın Elektron İdarəetmə Akademiyası və Almatı Menecment Universitetinin birgə təşkilatçılığı ilə "Elektron hökumətin inkişafı: təcrübə, problem və perspektivlər" mövzusunda seminar keçirilmişdir.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2017-ci il 7-8 dekabr tarixlərində keçiriləcək İnstitusional Quruculuq üzrə İllik Regional Konfransda iştirak etmək məqsədilə Kiyev şəhərinə səfər etmişdir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının 29 noyabr 2017-ci il tarixində növbəti iclası keçirilmişdir.