• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Google Plus
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Llinkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Mail.ru
      https://e-psixoloq.az
      • Baş səhifə
      • Activities
      • Qəbul və imtahanlar
      • Bakalavriat

      Bakalavriat

      • Qəbul və imtahanlar
      • Dövlət qulluğu
      • Tədqiqat
      • Digər fəaliyyət
      Sizi maraqlandıran suala cavab öz əksini tapmayıb? 
      Təqdim olunan formanı dolduraraq öz sualınızı göndərə bilərsiniz
      Sual ver
      Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

      Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

      Ətraflı
      Описание

      Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

      Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

       Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

      “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə  əsasən, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

      Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

      Müsabiqədə iştirak ödənişlidir.

      Qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30, riyaziyyat fənnindən 25, olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.

      Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının)  nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. 

      Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi  təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, bir il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsili müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.  Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. 

      Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları - bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür. İxtisas qrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilmişdir:

      I ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1);

      II ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), coğrafiya (nisbi əmsal:1,5) və tarix (nisbi əmsal:1);

      III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);

      IV ixtisas qrupu – biologiya (nisbi əmsal:1,5), kimya (nisbi əmsal:1,5) və fizika (nisbi əmsal:1);

      V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər.

      Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır.

      • Xəbərlər
      • Faydalı
      • E-xidmətlər
      • Sənədlər
      • Təqvim
      • FAQ
      Xəbərlər
      Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2023/2024-cü tədris ili üçün “İctimai təhlükəsizlik və idarəetmə” ixtisasına sənədlərin qəbulu davam edir
      28.03.2023
      Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2023/2024-cü tədris ili üçün “İctimai təhlükəsizlik və idarəetmə” ixtisasına sənədlərin qəbulu davam edir

      2 aprel 2023-cü il tarixində keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərin (şagirdlərin) nəzərinə!
      27.03.2023 Bakalavriat
      2 aprel 2023-cü il tarixində keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərin (şagirdlərin) nəzərinə!

      İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər


      Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır
      15.03.2023 Bakalavriat
      Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır

      15 mart saat 15:45-ə olan məlumata əsasən, 105203 abituriyent öz ərizəsini təsdiq edib


      Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona yaxınlaşır
      13.03.2023 Bakalavriat
      Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona yaxınlaşır

      13 mart saat 10:05-ə olan məlumata əsasən, 86942 abituriyent öz ərizəsini təsdiq edib


      Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib
      06.03.2023 Jurnallar və nəşrlər
      Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib

      Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir
      06.03.2023 Bakalavriat
      Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

      6 mart saat 09:45-ə olan məlumata əsasən, 39129 abituriyent öz ərizəsini təsdiq edib


      Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb
      28.02.2023 Bakalavriat
      Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb

      Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır
      28.02.2023 Bakalavriat
      Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır

      Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar test üsulu ilə keçiriləcək
      24.02.2023 Qabiliyyət imtahanları
      Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar test üsulu ilə keçiriləcək

      DİM musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında zal nəzarətçisi qismində iştirak etmək istəyənləri əməkdaşlığa dəvət edir
      24.02.2023 Qabiliyyət imtahanları
      DİM musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında zal nəzarətçisi qismində iştirak etmək istəyənləri əməkdaşlığa dəvət edir

      Dövlət İmtahan Mərkəzinin Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına zal nəzarətçisi qismində ali təhsilli musiqiçi şəxslər tələb olunur

      Faydalı
      Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müsabiqədənkənar qəbul qaydaları

      13.03.2023 Baxılıb: 9
      Ali təhsili müəssisələrinə tələbə qəbulu elanı

      01.03.2023 Digər sənədlər Baxılıb: 1169
      Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında

      30.01.2023 Baxılıb: 67
      Tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları üçün göstərilən ödənişli xidmətlərə edilən güzəştlər haqqında məlumat

      27.01.2023 Baxılıb: 66
      I ixtisas qrupu üzrə altqruplara (riyaziyyat-informatika və riyaziyat-kimya) daxil olan ixtisaslar

      09.12.2022 Digər sənədlər 201.5 Кб Baxılıb: 98
      Son illərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisaslar üzrə formalaşmış minimal keçid balları (Azərbaycan və Rus bölmələri)

      10.08.2022 Baxılıb: 8316
      Müsabiqə şərtləri (2022)

      09.08.2022 Digər sənədlər 283.1 Кб Baxılıb: 2662
      Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri

      15.03.2022 Baxılıb: 354
      ADU-da təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə qoyulan məhdudiyyətlər

      15.03.2022 Baxılıb: 95
      Təhsil haqqını ödəməkdən azad olunan şəxslərin siyahısı

      10.09.2020 Digər sənədlər 253.1 Кб Baxılıb: 954
      2022-ci ildə "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının inşa mövzuları, onlara qoyulan tələblər və inşa nümunələri (Azərbaycan və rus dilində)

      07.09.2020 Digər sənədlər 982.2 Кб Baxılıb: 587
      Qəbul (buraxılış) imtahanlarında balların hesablanma qaydası

      31.05.2020 Digər sənədlər 399.9 Кб Baxılıb: 1238
      İstiqamətlər üzrə qabiliyyət tələb edən ixtisasların plan yerləri və məqbul qiymət alan abituriyentlərin müqayisəli təhlili (2021-2022-ci illər)

      16.08.2022 Digər sənədlər 247.4 Кб Baxılıb: 354
      Azərbaycan dili (dövlət dili kimi) imtahanının modeli

      28.04.2022 Baxılıb: 329
      E-xidmətlər
      İmtahanın nəticələri (bakalavriat səviyyəsi)
      Bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlərə (I və IV ixtisas qrupları) imtahan nəticələrinin internet vasitəsilə verilməsi
      https://eservices.dim.gov.az/2022/netbak/?frm=egov
      Abituriyentin elektron ərizəsi
      Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul (I-V qrup, kollec - 11 illik)
      http://eservices.dim.gov.az/erizebak/erize/
      Sınaq imtahanının nəticələri
      Sınaq imtahanı iştirakçılarına imtahan nəticələrinin internet vasitəsilə verilməsi
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=18
      İmtahan nəticələri
      "Azərbaycan dili" imtahanı
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=12
      Hərbi liseylərə qəbul
      Hərbi liseylərə qəbul olmaq istəyən abituriyentlərin ərizələrinin onlayn qəbulu
      https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=5
      Azərbaycan dili imtahanına qeydiyyat
      Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanına (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün) qeydiyyat
      https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=45
      Subbakalavrın elektron ərizəsi
      Subbakalavrın elektron ərizəsi
      https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=94
      Abituriyent və subbakalavrların elektron ixtisas seçimi ərizəsi
      Abituriyent və subbakalavrların elektron ixtisas seçimi ərizəsi
      https://eservices.dim.gov.az/erizebak/ixtisas1/
      Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı
      Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı
      http://eservices.dim.gov.az/erizebak/erize/?is1jur2=2
      Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı
      Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul üçün keçirilən imtahanın nəticələri
      https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=63
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=42" target="_blank"> Müsabiqənin nəticələri
      Bakalavriat səviyyəsinin boş qalan yerlərinə və tam (11-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə müsabiqə nəticələrinin internet vasitəsilə verilməsi
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=42" target="_blank"> https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=42
      Sınaq imtahanında iştirak etmək üçün qeydiyyat (I,II,III və IV qrup)
      Sınaq imtahanına yazılış 
      https://www.e-gov.az/az/services/read/3151/0?tqdk_xdm=21
      Azərbaycan dili (dövlət dili kimi) sınaq imtahanına qeydiyyat
      Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) sınaq imtahanına qeydiyyat
      https://eservices.dim.gov.az/2021/SINAQAZD
      Azərbaycan dili (dövlət dili kimi) sınaq imtahanının nəticələri
      Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) sınaq imtahanının nəticələri
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=18
      Qabiliyyət imtahanları
      Qabiliyyət imtahanının nəticəsi (V qrup və 11 illik kollec)
      https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov
      Jurnalistika imtahanının nəticəsi

      Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının nəticələrinin internet vasitəsilə verilməsi

      https://eservices.dim.gov.az/2022/netbakjur/?frm=egov
      Qabiliyyət imtahanının nəticələri
      Memarlıq imtahanının nəticəsi (I qrup)
      https://eservices.dim.gov.az/qabiliyyet
      Müsabiqənin nəticələri
      Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri
      https://eservices.dim.gov.az/2022/netbakmus1/

      Sənədlər
      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

      23.02.2022 AR Nazirlər Kabinetinin qərarları Baxılıb: 345
      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu
      Qaydaları”nda dəyişiklik edilməsi haqqında 9 sentyabr 2021-ci il tarixli 252 nömrəli Qərarı

      10.09.2021 AR Nazirlər Kabinetinin qərarları Baxılıb: 243
      "Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu  ŞƏRTLƏRİ" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

      13.06.2019 AR Nazirlər Kabinetinin qərarları 15.9 Кб Baxılıb: 612
      "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydaları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

      29.05.2019 AR Nazirlər Kabinetinin qərarları 19.3 Кб Baxılıb: 504
      “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

      24.12.2018 AR Nazirlər Kabinetinin qərarları Baxılıb: 2506
      Təqvim
      Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı
      Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı

      Keçiriləcək Başlanğıc tarixi:  02.04.2023 İmtahan Yekun qiymətləndirmə
      Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik)
      Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik)

      Keçiriləcək Başlanğıc tarixi:  02.04.2023 İmtahan Bakalavriat
      Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı
      Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı

      Keçiriləcək Başlanğıc tarixi:  02.04.2023 İmtahan Bakalavriat
      Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan
      Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan

      Keçiriləcək Başlanğıc tarixi:  02.04.2023 İmtahan Bakalavriat
      I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı
      I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı

      Keçiriləcək Başlanğıc tarixi:  15.04.2023 Bitmə tarixi:  05.05.2023 Qeydiyyat Bakalavriat
      Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və  əvvəlki illərin məzunları üçün (1-ci cəhd))
      Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki illərin məzunları üçün (1-ci cəhd))

      Keçiriləcək Başlanğıc tarixi:  07.05.2023 İmtahan Yekun qiymətləndirmə
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd, III ixtisas qrupu)
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd, III ixtisas qrupu)

      Keçiriləcək Başlanğıc tarixi:  20.05.2023 İmtahan Bakalavriat
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd, II ixtisas qrupu)
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd, II ixtisas qrupu)

      Keçiriləcək Başlanğıc tarixi:  21.05.2023 İmtahan Bakalavriat
      III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan
      III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan

      Keçiriləcək Başlanğıc tarixi:  21.05.2023 İmtahan Bakalavriat
      Azərbaycan dili imtahanına (dövlət dili kimi, 11 və 9-cu sinif, cari və əvvəlki illərin məzunları üçün (2-ci cəhd)) qeydiyyat
      Azərbaycan dili imtahanına (dövlət dili kimi, 11 və 9-cu sinif, cari və əvvəlki illərin məzunları üçün (2-ci cəhd)) qeydiyyat

      Keçiriləcək Başlanğıc tarixi:  25.05.2023 Bitmə tarixi:  05.06.2023 Qeydiyyat Bakalavriat
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd, IV ixtisas qrupu)
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd, IV ixtisas qrupu)

      Keçiriləcək Başlanğıc tarixi:  03.06.2023 İmtahan Bakalavriat
      I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan
      I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan

      Keçiriləcək Başlanğıc tarixi:  03.06.2023 İmtahan Bakalavriat
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd, I ixtisas qrupu)
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd, I ixtisas qrupu)

      Keçiriləcək Başlanğıc tarixi:  04.06.2023 İmtahan Bakalavriat
      I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı
      I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı

      Keçiriləcək Başlanğıc tarixi:  05.06.2023 Bitmə tarixi:  25.06.2023 Qeydiyyat Bakalavriat
      Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və  əvvəlki il məzunları üçün (2-ci cəhd))
      Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki il məzunları üçün (2-ci cəhd))

      Keçiriləcək Başlanğıc tarixi:  18.06.2023 İmtahan Bakalavriat
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, II cəhd, III ixtisas qrupu)
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, II cəhd, III ixtisas qrupu)

      Keçiriləcək Başlanğıc tarixi:  08.07.2023 İmtahan Bakalavriat
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, II cəhd, II ixtisas qrupu)
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, II cəhd, II ixtisas qrupu)

      Keçiriləcək Başlanğıc tarixi:  09.07.2023 İmtahan Bakalavriat
      III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan (II cəhd)
      III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan (II cəhd)

      Keçiriləcək Başlanğıc tarixi:  09.07.2023 İmtahan Bakalavriat
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, II cəhd, I ixtisas qrupu)
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, II cəhd, I ixtisas qrupu)

      Keçiriləcək Başlanğıc tarixi:  22.07.2023 İmtahan Bakalavriat
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, II cəhd, IV ixtisas qrupu)
      Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, II cəhd, IV ixtisas qrupu)

      Keçiriləcək Başlanğıc tarixi:  23.07.2023 İmtahan Bakalavriat
      FAQ
      SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə müsabiqədə iştirak etmək üçün nə etmək lazımdır?

      “ADA” Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya IBT üzrə minimum 75, ya PTE üzrə minimum 50 və ya Duolingo English Test üzrə minimum 95 balı olan abituriyentlər də buraxılacaqlar. “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Maliyyə”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və “Riyaziyyat” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:

      -       Abituriyentlər iyun ayının 8-dək ümumi qaydada “Abituriyentin elektron ərizəsi”ni doldururlar və təsdiq edirlər (etdirirlər);

      -       İyun ayının 30-dək təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi”nin surətini və SAT imtahanının nəticəsi barədə məlumatı kağız daşıyıcıda DİM-ə təqdim edirlər, elektron şəkildə isə SAT imtahanının nəticəsini “College Board”-un saytı (https://www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) göndərirlər;

      -       İyun ayının 30-dək ingilis dili imtahanının nəticəsini kağız daşıyıcıda DİM-ə təqdim edirlər;

      -       İyun ayının 30-dək “ADA” Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldu­rurlar;

      -       İyun ayının 30-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”-un saytı (https://www.collegeboard.org) vasitəsilə “ADA” Universitetinə (kod 7799) göndərirlər;

      -       İyun ayının 30-dək ingilis dili imtahanının nəticəsini "ADA" Universitetinin elektron ərizə formasına yükləyirlər və "ADA" Universitetinə elektron şəkildə göndərirlər;

      “ADA” Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin “Azərbaycan dili” (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur.

      “ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

      Mən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək 320 bal toplamışam. İxtisas seçimi zamanı ərizəmdə hansı ixtisasları göstərim ki, hər hansı bir ixtisasa qəbul olunum?
      Ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının bu il hansı səviyyədə formalaşacağı barədə müsabiqədən əvvəl dəqiq məlumat vermək mümkün deyil.
      Abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün DİM tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Lakin bəzi abituriyentlər belə düşünürlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları növbəti ildə eynilə təkrarlanır. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər.    
      Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam və orta məktəbi Dağıstanda bitirmişəm. Bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada təqdim etməliyəm?
      Siz ümumi qaydada elektron ərizə doldurub tələb olunan sənədləri (bunların siyahısı “Abituriyent” jurnalının ərizə qəbulu elanı dərc olunacaq 2-ci sayında göstəriləcəkdir) DİM-də və ya onun regional bölmələrində yaradılmış SQK-lardan hər hansı birinə təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.
      İkinci dəfə ali təhsil almaq istəyirəm. Bununla bağlı qəbul qaydaları necədir?
      İkinci ali təhsil almaq istəyən abituriyentlər ümumi qaydada DİM-in keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Belə abituriyentlər qəbul elanında qeyd olunan sənədlərlə yanaşı Sənəd Qəbulu Komissiyasına ali təhsil haqqında sənədi (əslini), ali təhsilinin dövlət hesabına olub-olmaması barədə təhsil aldığı müəssisə tərəfindən verilən arayışı, attestatın əslini və ya məzunu olduğu təhsil müəssisəsi tərəfindən verilən attestat qiymətləri göstərilən arayışı təqdim etməlidirlər.
      Mən Polis Akademiyasında təhsil almaq istəyirəm. Həmin tədris müəssisəsinə sənədlərimi necə təqdim etməliyəm?
      Xüsusi təyinatlı təhsil müəssisələrinə, o cümlədən Polis Akademiyasına qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyentlər tələb olunan sənədləri təqdim etdikdən sonra həmin təhsil müəssisəsində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanı verməlidirlər.
      Buraxılış imtahanında aşağı nəticə göstərən cari ilin məzunları I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edə bilirlərmi?
      Bəli, abituriyentlər buraxılış imtahanından (əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsindən) topladıqları baldan asılı olmayaraq, qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilərlər.
      Orta məktəbi cari ildə bitirən abituriyentlər I-IV qruplar üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış və qəbul imtahanlarından topladıqları balların cəminə əsasən iştirak edirlər. Bəs əvvəlki illərin məzunları üçün müsabiqə necə keçirilir?
      Qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən əlavə qəbul imtahanı da verir və hər iki imtahandan topladıqları balların cəminə əsasən qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edirlər.
      Tam orta məktəbi 2022-ci ildə bitirmişəm və buraxılış imtahanında iştirak etmişəm. Həmin nəticə ilə 2023-cü ildə imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərəm?
      IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2022-ci ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2023-cü ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.
      Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu necə həyata keçirilir?
      Subbakalavrlar ali təhsil müəssisələrinin müsabiqəsində müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər balla iştirak edirlər (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra). İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Qeyd edək ki, imtahansız qəbul subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunlarına aiddir.
      Subbakalavrlar ümumi qaydada qəbul imtahanında iştirak edib həm subbakalavr, həm də abituriyent kimi müsabiqədə iştirak edə bilərlərmi?
      Bəli, iştirak edə bilərlər. Belə olan halda, həmin şəxslərin abituriyent və subbakalavr kimi seçdiyi ixtisas eyni ixtisas qrupuna aiddirsə, o zaman müsabiqədə qəbul imtahanından topladığı balla iştirak edirlər. İxtisaslar fərqli qruplara aiddirsə, subbakalavr kimi seçdiyi ixtisasların müsabiqəsində müvafiq ixtisas qrupu (ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər bal əsasında, abituriyent kimi seçdiyi ixtisasların müsabiqəsində isə qəbul imtahanından topladığı bal əsasında iştirak edirlər.
      2022-ci ildə V qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı vermişəm, lakin müsabiqədən keçməmişəm. 2023-cü ildə imtahan vermədən V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilərəm?
      V qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının (tam orta məktəbin XI sinfini cari ildə bitirənlər üçün buraxılış imtahanının) nəticələri 2 il qüvvədə olur.  2022-ci ildə keçirilmiş qəbul / buraxılış imtahanından topladığı bal müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər 2023-cü ildə qabiliyyət imtahanı verib məqbul qiymət almaq şərti ilə V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilərlər.
      “Abituriyent” jurnalında bir və iki ulduz işarəsi ilə göstərilən xüsusi qabiliyyət tələb edən ixtisasların fərqi nədir?
      Bir ulduz işarəsi ilə göstərilən ixtisasların qabiliyyət imtahanının nəticəsi məqbul və ya qeyri-məqbulla, iki ulduz işarəsi ilə göstərilən ixtisasların qabiliyyət imtahanının nəticəsi isə balla qiymətləndirilir. Balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarından topladığı yekun balı,  qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı əsasında aparılır.
      Övladım keçən il orta məktəbi bitirib. Bu il martın 26-da onun 18 yaşı tamam olacaq. O, qəbul imtahanlarında iştirak edə bilər?
      Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) müvafiq təlimatına əsasən keçən il orta məktəbi bitirən və cari il aprelin 30-dək 18 yaşı tamam olan oğlan abituriyentlərin (həmçinin bu il kolleci bitirən və ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən, lakin 18 yaşı cari il aprelin 30-dək tamam olan kollec məzunlarının) və subbakalavrların elektron ərziələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat SHXÇDX-nin elektron məlumat bazasında əks olunmalıdır. 18 yaşı bu il aprelin 30-dan sonra tamam olan oğlan abituriyentlər isə özləri qeydiyyatdan keçərək qəbul imtahanlarında iştirak edə bilərlər. Onlardan hərbi xidmətə çağırışdan möhlətlə bağlı məlumat tələb olunmur.
      Ödənişsiz əsaslarla orta ixtisas təhsili almışam. Ali təhsil almaq istəyirəm. Əgər müsabiqə şərtlərini ödəsəm, dövlət sifarişi ilə ali təhsil ala bilərəmmi?
      «Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən ölkə vətəndaşları hər bir təhsil səviyyəsi (ümumi təhsil, orta ixtisas təhsili və ali təhsil) üzrə yalnız bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) təhsil ala bilərlər. Deməli, ödənişsiz təhsil almaq üçün qoyulan müvafiq müsabiqə şərtlərini ödəsəniz, elektron ixtisas seçimi ərizəsində dövlət sifarişli ixtisasların da kodlarını qeyd edə bilərsiniz və qəbul olduğunuz halda dövlət sifarişi əsasında ali təhsil ala bilərsiniz.
      Şəxsi kabinetin parolunu unudan şəxslər onu necə bərpa edə bilərlər?
      Şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az saytında “Giriş” bölməsinə daxil olub “Parolu unutmuşam” düyməsini sıxmaqla istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi elektron poçt ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər. Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir. Qeydiyyatdan keçən zaman elektron poçt ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib şəxsiyyət vəsiqəsini təqdim edərək parolu əldə edə bilərlər.
      I qrupda yalnız informatika yönümlü Rİ altqrupunu seçən abituriyentlər informatika fənni üzrə imtahandan aşağı nəticə əldə edərlərsə, həmin altqrupa daxil olan ixtisasları seçə bilərlər?
      Bəli, I qrupda yalnız informatika yönümlü Rİ altqrupunu seçən və ümumi müsabiqə şərtini ödəyən abituriyentlər informatika fənni üzrə imtahandan topladıqları baldan asılı olmayaraq, qeyd olunan altqrupa daxil olan ixtisasları seçə bilərlər. Ümumiyyətlə, son illər ali təhsil müəssisələrinə qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
      Bu il informatika fənni I qrup üzrə qəbul imtahanlarına əlavə olunub?
      Bəli, bu il I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər qəbul imtahanının II mərhələsində riyaziyyat, fizika və informatika fənlərindən imtahan verəcəklər. Mühəndislik (RK altqrupuna daxil olan) ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə riyaziyyat, fizika və kimya fənnindən imtahan verəcəklər. Hər iki altqrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I qrup üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.
      I, II, III və IV qrupların biri üzrə birinci (yaz) qəbul imtahanında iştirak etdikdən sonra ikinci (yay) qəbul imtahanında başqa bir ixtisas qrupu üzrə iştirak etmək olarmı?
      Bəli, abituriyentlər eyni ildə I, II, III və IV qrupların ikisi üzrə qəbul imtahanında iştirak edə bilərlər. Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

      Paylaş
      Geriyə
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      © 2023 Dövlət İmtahan Mərkəzi
      • Вконтакте
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Google Plus