• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Google Plus
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • Direktorlar Şurası
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • Direktorlar Şurası
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • Direktorlar Şurası
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Azerbaijani version
      • Facebook
      • Llinkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Mail.ru
      https://e-psixoloq.az
      • Baş səhifə
      • Activities
      • Qəbul və imtahanlar
      • Rezidentura

      Rezidentura

      • Qəbul və imtahanlar
      • Dövlət qulluğu
      • Tədqiqat
      • Digər fəaliyyət

      Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidenturaya qəbul dövlət təhsil standartına uyğun olaraq hazırlanmış baza ali tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı”nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır. 

      Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturada təhsil dövlət sifarişi əsasında həyata keçirilir.


      Ətraflı
      Описание

      Rezidenturaya qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən mərkəzləşdirilmiş şəkildə test üsulu ilə həyata keçirilir. Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları” ilə tənzimlənir.

      Rezidenturaya qəbul olmaq hüququna Azərbaycan Respublikasında əsas (baza ali) tibb təhsili almış şəxslər və ya xarici ölkələrdə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş şəxslər (namizədlər) malikdirlər.

      Rezidenturaya qəbul namizədlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişlidir.

      Rezidenturada təhsil alan rezidentlər rezidenturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.

      Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan Respublikasında yerləşən  ali təhsil müəssisələrini bitirmiş və ya cari tədris ilində bitirən bütün namizədlər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər namizədlər müsabiqədə iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

      Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir:

      • baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı;
      • ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı.

      Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

      Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar.

      Namizəd bitirdiyi əsas (baza ali) tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçir, onları istədiyi ardıcıllıqla elektron ərizəsindəki ixtisas seçimi formasına daxil edir və təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdirilir.

      Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır.

      Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir.

      Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

      • Xəbərlər
      • Faydalı
      • E-xidmətlər
      • Sənədlər
      • Təqvim
      • FAQ
      Xəbərlər
      Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib
      03.02.2023 Jurnallar və nəşrlər
      Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib

      20.09.2022 Rezidentura
      Rezidenturaya boş qalan plan yerlərinə, eləcə də Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

      Nəticələrə əsasən 36 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb


      15.09.2022 Rezidentura
      Rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən, eləcə də Tibb Universitetinin hərbi tibb fakültəsini bitirmiş namizədlərin nəzərinə!

      12.09.2022 Rezidentura
      Rezidenturaya qəbul olunan namizədlərin qeydiyyat müddəti başa çatır

      Rezidenturaya qəbul olunan şəxslər bu gün saat 23:59-dək elektron qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər


      Dövlət İmtahan Mərkəzi  “Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini nəşr edib
      02.09.2022 Rezidentura
      Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini nəşr edib

      01.09.2022 Rezidentura
      2022/2023-cü tədris ili üçün əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

      Nəticələrə əsasən 437 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb


      29.08.2022 Rezidentura
      Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sona yaxınlaşır

      İxtisas seçimi 30 avqust saat 23:59-dək davam edəcək


      25.08.2022 Rezidentura
      Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

      İxtisas seçimi 30 avqust  saat 23:59-dək davam edəcək


      23.08.2022 Rezidentura
      Rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında statistik məlumat

      23.08.2022 Rezidentura
      Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub

      İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər

      Faydalı
      Rezidenturaya qəbul elanı

      25.04.2022 Baxılıb: 96
      "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat

      28.08.2018 Digər sənədlər 207 Кб Baxılıb: 284
      2018/2019- cu tədris ili üçün rezidenturaya qəbul aparılan ixtisaslar

      28.08.2018 Digər sənədlər 428.3 Кб Baxılıb: 536
      2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul imtahanının nəticələri (I və II mərhələ) haqqında statistik məlumat

      27.11.2017 Baxılıb: 589
      Baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin siyahısı və təhsil müddəti

      10.10.2017 Baxılıb: 585
      Rezidentura üzrə ixtisas seçimi cədvəli

      20.01.2017 Baxılıb: 673
      Açıq tipli test tapşırığı nümunələri

      10.12.2016 Baxılıb: 542
      E-xidmətlər
      Namizədin elektron ərizəsi
      Rezidentura səviyyəsinə qəbul olmaq istəyən namizədlərın ərizələrinin onlayn qəbulu (I mərhələ, I cəhd)
      https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3
      Müsabiqənin nəticələri
      Rezidentura səviyyəsinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinin internet vasiqəsilə verilməsi
      https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=38
      İmtahan nəticələri
      Rezidentura səviyyəsinə qəbul olmaq istəyən namizədlərə müsabiqə nəticələrinin internet vasitəsilə verilməsi
      https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=17
      Rezidenturaya qəbul imtahanının II mərhələsi
      Rezidentura səviyyəsinə qəbul olmaq istəyən namizədlərə imtahan nəticələrinin internet vasitəsilə verilməsi
      https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=17

      Sənədlər
      “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

      08.02.2017 AR Nazirlər Kabinetinin qərarları Baxılıb: 720
      “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

      18.03.2010 AR Nazirlər Kabinetinin qərarları 111.9 Кб Baxılıb: 349
      Təqvim
      Rezidenturaya ərizə qəbulu (I mərhələ, I cəhd)
      Rezidenturaya ərizə qəbulu (I mərhələ, I cəhd)

      Keçiriləcək Başlanğıc tarixi:  17.04.2023 Bitmə tarixi:  01.05.2023 Qeydiyyat Rezidentura
      Rezidenturaya QƏBUL İMTAHANI 1-ci mərhələ (I cəhd)
      Rezidenturaya QƏBUL İMTAHANI 1-ci mərhələ (I cəhd)

      Keçiriləcək Başlanğıc tarixi:  14.05.2023 İmtahan Rezidentura
      Rezidenturaya ərizə qəbulu (I mərhələ, II cəhd)
      Rezidenturaya ərizə qəbulu (I mərhələ, II cəhd)

      Keçiriləcək Başlanğıc tarixi:  20.06.2023 Bitmə tarixi:  04.07.2023 Qeydiyyat Rezidentura
      Rezidenturaya QƏBUL İMTAHANI 1-ci mərhələ (II cəhd)
      Rezidenturaya QƏBUL İMTAHANI 1-ci mərhələ (II cəhd)

      Keçiriləcək Başlanğıc tarixi:  16.07.2023 İmtahan Rezidentura
      Rezidenturaya qəbul üzrə I mərhələdə müsabiqə şərtlərini ödəyən və II mərhələdə iştirak etmək hüququ olan namizədlərin qeydiyyatı
      Rezidenturaya qəbul üzrə I mərhələdə müsabiqə şərtlərini ödəyən və II mərhələdə iştirak etmək hüququ olan namizədlərin qeydiyyatı

      Keçiriləcək Başlanğıc tarixi:  24.07.2023 Bitmə tarixi:  02.08.2023 Qeydiyyat Rezidentura
      Rezidenturaya QƏBUL İMTAHANI 2-ci mərhələ
      Rezidenturaya QƏBUL İMTAHANI 2-ci mərhələ

      Keçiriləcək Başlanğıc tarixi:  13.08.2023 İmtahan Rezidentura
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  18.12.2017 Bitmə tarixi:  22.12.2017 Qeydiyyat Rezidentura
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı

      Keçirilib Başlanğıc tarixi:  23.12.2017 Sınaq imtahanı Rezidentura
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  10.01.2018 Bitmə tarixi:  19.01.2018 Qeydiyyat Rezidentura
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı

      Keçirilib Başlanğıc tarixi:  19.01.2018 İmtahan Rezidentura
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı

      Keçirilib Başlanğıc tarixi:  02.02.2018 Sınaq imtahanı Rezidentura
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı

      Keçirilib Başlanğıc tarixi:  10.02.2018 İmtahan Rezidentura
      Rezidenturaya ərizə qəbulu
      Rezidenturaya ərizə qəbulu

      Keçirilib Başlanğıc tarixi:  15.02.2018 Bitmə tarixi:  22.02.2018 Ərizə qəbulu Rezidentura
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün elektron sınaq imtahanına qeydiyyat
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün elektron sınaq imtahanına qeydiyyat

      Keçirilib Başlanğıc tarixi:  19.02.2018 Bitmə tarixi:  03.03.2018 Sınaq imtahanı Rezidentura
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni elektron sınaq imtahanı
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni elektron sınaq imtahanı

      Keçirilib Başlanğıc tarixi:  03.03.2018 Sınaq imtahanı Rezidentura
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar elektron sınaq imtahanı
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar elektron sınaq imtahanı

      Keçirilib Başlanğıc tarixi:  17.03.2018 Sınaq imtahanı Rezidentura
      Rezidenturaya qəbul imtahanına buraxılış vərəqəsinin çap edilməsi (I mərhələ)
      Rezidenturaya qəbul imtahanına buraxılış vərəqəsinin çap edilməsi (I mərhələ)

      Keçirilib Başlanğıc tarixi:  27.03.2018 Bitmə tarixi:  31.03.2018 Buraxılış vərəqəsinin çap edilməsi Rezidentura
      Rezidenturaya QƏBUL İMTAHANI 1-ci mərhələ
      Rezidenturaya QƏBUL İMTAHANI 1-ci mərhələ

      Keçirilib Başlanğıc tarixi:  01.04.2018 İmtahan Rezidentura
      Rezidenturaya qəbul üzrə I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı
      Rezidenturaya qəbul üzrə I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı

      Keçirilib Başlanğıc tarixi:  04.06.2018 Bitmə tarixi:  14.06.2018 Qeydiyyat Rezidentura
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı (II mərhələ)
      Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı (II mərhələ)

      Keçirilib Başlanğıc tarixi:  09.06.2018 Sınaq imtahanı Rezidentura
      FAQ
      Azərbaycan Tibb Universitetini bitirib rezidenturaya qəbulda müsabiqə şərtini ödəyənlər ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini qeyd edə bilərmi?
      Baza ali tibb təhsili olan hər bir namizəd öz istiqamətinə (fakültəsinə) uyğun istədiyi ixtisasları və klinik bazaları seçə bilər.
      “Namizədin elektron ərizəsi”ni doldurarkən istifadə etdiyim parolu unutmuşam.
      Parolunuzu unutmuşsunuzsa, “Namizədin elektron ərizəsi” səhifəsində olan “İstifadəçi adı və parolu unutmuşam” və ya “Şəxsi kabinet”inizə daxil olaraq “Parolu unutmuşam” düyməsindən istifadə etməklə onu əldə edə bilərsiniz.
      Şəxsiyyət vəsiqəmi yeniləmişəm və rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üçün “İmtahana buraxılış vərəqəsi”ndə isə köhnə vəsiqəmin nömrəsi qeyd olunub. Yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak edə bilərəmmi?
      Xeyr, yeni şəxsiyyət vəsiqəsi ilə imtahanda iştirak edə bilməzsiniz. Əgər şəxsiyyət vəsiqənizi dəyişmisinizsə, imtahan gününə qədər “Şəxsi kabinet”inizdə “Sənədi yenilə” düyməsindən istifadə etməklə özünüz düzəliş etməlisiniz, yaxud da yeni şəxsiyyət vəsiqəniz və onun surəti ilə DİM-ə müraciət edərək müvafiq düzəliş etdirməlisiniz. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni yenidən çap etməlisiniz.
      Rezidenturaya qəbul olduqdan sonra ali təhsil haqqında diplomun notarial təsdiq edilmiş surəti ilə qeydiyyatdan keçmək olarmı?
      Rezidenturaya qəbul qaydalarına əsasən hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini Mərkəz tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu müvafiq quruma şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir.
      Boş qalan yerlərə ixtisas seçimində hansı namizədlər iştirak edə bilər?
      Boş qalan yerlər üzrə ixtisas seçimində yalnız müsabiqə şərtini ödəmiş, lakin müsabiqədən keçməmiş namizədlər iştirak edə bilər. Rezidenturaya qəbul olmuş, lakin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmiş namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
      Kimlər rezidenturaya qəbul ola bilər?
      Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.
      Hazırda həkim işləyirəm. Rezidenturaya ərizə vermək üçün tutduğum vəzifədən azad olunmalıyammı?
      Müxtəlif xəstəxana və ya tibb müəssisələrində çalışan həkimlər rezidenturaya qəbul üçün ərizə verə bilər. Ərizə vermək və imtahanlarda iştirak etmək üçün tutduğunuz vəzifədən azad olunmanız tələb olunmur. Lakin rezidenturaya qəbul olduqdan sonra, tədris başlayana qədər tutduğunuz vəzifədən azad olunmalısınız.
      “Yoluxucu xəstəliklər” ixtisası üzrə qəbul planı müalicə işi, pediatriya və tibbi profilaktika istiqamətləri üzrə eynidirmi? Yoxsa hər bir istiqamət üçün ayrı-ayrılıqda plan yeri nəzərdə tutulub?
      Yoluxucu xəstəliklər” ixtisası üzrə ayrılan plan yerlərinə müsabiqə bütün istiqamətlər üzrə birgə aparılır. Başqa sözlə, qəbul planı hər fakültə üzrə ayrılıqda deyil, bütün fakültələr üzrə birgə təqdim olunur. “Rezidentura” jurnalının 3-cü sayında plan yerləri cədvəli təqdim olunarkən birgə müsabiqə aparılan ixtisaslar “*-la (ulduzla)” işarələnir.
      Rezidenturanı bitirmiş şəxslər yenidən rezidenturaya imtahan verə bilərmi?
      Rezidenturanı bitirmiş şəxslər digər bir ixtisas əldə etmək üçün yenidən rezidenturaya qəbul ola bilərlər. Lakin bu halda rezidenturada təhsil “Təhsil haqqında qanun”a müvafiq olaraq ödənişli əsaslarla həyata keçirilir. Bu zaman əvvəlki rezidentura diplomu qüvvədə qalır.
      Xaric ölkələrdə baza ali tibb təhsili alanlar üçün rezidenturaya qəbul imtahanları nə vaxt təşkil olunur?
      Əcnəbilər, vətəndaşlığı olmayanlar və xarici ölkələrdə baza ali tibb təhsili almış Azərbaycan Respublikasının vətəndaşları, eləcə də baza ali tibb təhsili olan Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturaya qəbul imtahanı və müsabiqə eyni vaxtda keçirilir.

      Xarici ölkələrdə ali tibb təhsili almış şəxslər rezidenturaya qəbul üçün hansı sənədləri təqdim etməlidirlər?
      Rezidenturaya qəbul qaydalarının 2.1. və 2.2. bəndlərinə (Bax: “Rezidentura” jurnalı №1) müvafiq olaraq xarici ölkələrdə ali tibb təhsili almış şəxslər rezidenturaya qəbul üçün tələb olunan sənədləri mütləq təqdim etməlidirlər.
      Mən Azərbaycan Respublikasının vətəndaşıyam, Rusiyanın Omsk Dövlət Tibb Universitetinin pediatriya fakultəsini bitirmişəm. Əcnəbilər kimi rezidenturaya imtahansız, lakin ödənişli əsaslarla qəbul ola bilərəm?
      Xeyr, Azərbaycan Respublikasının vətəndaşları yalnız müsabiqə yolu ilə rezidenturaya qəbul ola bilərlər.
      Hərbi həkimlər zabitin şəxsi vəsiqəsi ilə qeydiyyatdan keçə bilərmi?
      Hərbi tibb fakültəsinin məzunları rezidenturaya sənəd verərkən zabitin şəxsi vəsiqəsindən istifadə edə bilərlər. Bunun üçün onlar  ATU-nun Hərbi tibb fakültəsinə müraciət etməlidirlər.
      Tibbi profilaktika fakültəsini bitirmişəm. Stomatologiya fakültəsinə aid ixtisasları seçməyim mümkündürmü? Bitirdikdən sonra stomatoloq işləyə bilərəmmi?
      Xeyr, hər bir namizəd yalnız bitirdiyi istiqamətə (fakültəyə) müvafiq ixtisasları seçə bilər.
      Rezidenturaya qəbul olmuşam, qeydiyyatdan keçmişəm. Boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilərəmmi?
      Rezidenturaya aparılan müsabiqədə iştirak edib qəbul olan namizədlər boş qalan yerlər üzrə müsabiqədə iştirak edə bilməzlər.
      Rezidenturaya qəbul imtahanlarında açıq formalı test tapşırıqlarından heç birinə cavab verməyən namizədlər ixtisas seçiminə buraxılırlarmı?
      Qəbul imtahanlarında (baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ayrı-ayrılıqda qapalı və açıq formalı test tapşırıqlarına verilən düzgün cavabların sayına görə hər hansı bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqəyə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.
      Baza ali tibb təhsili zamanı aldığım qiymətlər müsabiqə nəticələrimə təsir göstərə bilərmi?
      Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
      • baza ali tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
      • ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal.
      Eyni ixtisası seçmiş, ümumi balı eyni olan namizədləri bir-birindən fərqləndirmək mümkün olmadıqda hansı prinsiplə yerləşdirmə aparılır?
      Ümumi balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək mümkün olmadıqda onların hamısı müvafiq ixtisasa yerləşdirilir.
      Rezidenturaya qəbul imtahanlarına hazırlaşıram. Əvvəlki illərdə “Rezidentura” jurnallarında təqdim olunmuş test tapşırıqlarının məzmunu ilə tanış olmaq istəyirəm. Bu jurnalları necə əldə edə bilərəm?
      Ötən illərdə nəşr olunmuş “Rezidentura” jurnallarının elektron versiyasını plastik kart vasitəsi ilə ödəniş etməklə DİM-in rəsmi internet saytındakı http://eservices.dim.gov.az/ejurnal/ linkindən əldə edə bilərsiniz.
      Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədi ilə hər hansı metodiki vəsait hazırlayırmı?
      DİM-də rezidenturaya qəbul proqramları üzrə “İnsan anatomiyası” və “Bioloji kimya” fənlərindən vəsait, eləcə də “Baza fənləri üzrə test toplusu” adlı məcmuə hazırlanaraq imtahanlara müstəqil hazırlaşmaq istəyənlərə təqdim edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.
      Rezidenturaya qəbul zamanı ixtisas seçiminin aparılması ilə bağlı hər hansı metodiki vəsait varmı?
      İxtisas seçiminə görə namizədlərin özləri məsuliyyət daşıdığı üçün DİM tərəfindən tövsiyə xarakterli hər hansı metodiki vəsait hazırlanmır. Lakin “Rezidentura” jurnalının 3-cü sayında namizədlərə ixtisas seçimini necə etmək haqqında məsləhət xarakterli məqalə və ötən il üçün rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid ballarını özündə əks etdirən material dərc edilir.
      Rezidenturaya qəbulda yaş məhdudiyyəti varmı?
      Rezidenturaya qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməmişdir.
      Mən Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsini bitirmişəm. Həmin universitet artıq fəaliyyət göstərmir. Diploma əlavə olan qiymət vərəqəsini haradan əldə edə bilərəm.
      Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələri tərəfindən Sizə verilməli olan hər hansı bir məlumatı əldə etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməlisiniz.
      “Rezidenturaya qəbul Qaydaları”nda müsabiqədə iştirakın ödənişli olması qeyd olunub. Həmin ödənişin məbləği nə qədər müəyyənləşdirilib?
      Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, rezidenturaya qəbul imtahanın I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) iştirak etmək üçün 60 (altmış) manat, II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) iştirak etmək üçün isə 100 (yüz) manat məbləğində (ƏDV-siz) ödəniş müəyyənləşdirilmişdir.
      Məlumdur ki, ali məktəblərə qəbul imtahanları zamanı abituriyentin doğru cavabların sayından səhv cavabların sayının 1∕4-i çıxılır (dörd səhv cavab bir doğru cavabı “silir”), bəs rezidenturaya qəbulda bu qayda tətbiq edilir?
      Xeyr, namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir və səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
      Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam və baza ali tibb təhsilini Moskvada almışam. Bu il Azərbaycan Respublikasında rezidenturaya qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada və harada təqdim etməliyəm?
      Siz müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədləri (tələb olunan sənədlərin siyahısı “Rezidentura” jurnalının 2-ci nömrəsində ərizə qəbulu elanında dərc olunur) DİM-də yaradılmış Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.
      Mən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı (I mərhələ) üzrə müsabiqə şərtini ödəmişəm. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün nə etməliyəm?
      İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib DİM tərəfindən müəyyən edilən müddətdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmırlar.
      Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələdə) tələbələr də iştirak edə bilərmi?
      Yeni qaydalara əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında III kursu tam bitirmiş tələbələr də iştirak edə bilər.
      Rezidenturaya qəbulun müsabiqəsi necə aparılır?
      Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır.
      Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (I mərhələnin) nəticəsi necə qiymətləndirilir?
      Yeni qaydalara əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir, “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.
      Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələdə) yüksək bal toplamağın müsabiqə zamanı namizəd üçün nə kimi əhəmiyyəti var?
      Müsabiqə zamanı eyni ixtisası seçmiş və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı eyni olan iki və daha artıq namizədi bir-birindən fərqləndirmək üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal nəzərə alınır.
      Rezidenturada təhsil aldığım müddətdə başqa ixtisas əldə etmək rezidenturaya qəbul imtahanında iştirak edə bilərəmmi?
      Yeni qaydalara əsasən rezidenturada təhsili ərzində baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək olar. Lakin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün rezidentura təhsilini başa vurmaq və ya rezidentura təhsilindən imtina etmək tələb olunur.

      Paylaş
      Geriyə
      Mərkəz
      Ümumi məlumat
      Direktorlar Şurası
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Fəaliyyət
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      Mətbuat
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      Sənədlər
      Təqvim
      Onlayn müraciət
      Elektron xidmətlər
      Sual - cavab
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      © 2023 Dövlət İmtahan Mərkəzi
      • Вконтакте
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Google Plus