SAT imtahanları
Ümumi məlumat
SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT Subject isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.İmtahanda 92 nəfər iştirak edib
İmtahanda 106 nəfər iştirak edib
İmtahan Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq
İmtahanda 110 nəfər iştirak edib
İmtahan Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq
İmtahanda 105 nəfər iştirak edib
İmtahan Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq
SAT imtahanı DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunur
İmtahanda 104 nəfər iştirak edib
İmtahanda iştirak etmək üçün qeydiyyat linki:
https://eservices.dim.gov.az/iexams/az/login.aspx
İmtahanlara qeydiyyat aşağıdakı qaydada aparılır:
1. İmtahanlara qeydiyyatdan keçmək üçün “College Board”-un internet səhifəsində şəxsi hesab açmaq:
- “College Board” təşkilatının internet səhifəsində şəxsi hesab yaratmaq üçün linki (https://sat.collegeboard.org/register) açıb, “Register” bölməsinə keçdikdən sonra “Sign up” bölməsinə daxil olmaq və tələb olunan xanaları doldurmaqla təsdiq etmək;
2. şəxsi hesab yaratdıqdan sonra, “My organizer” vasitəsilə "SAT Registration" bölməsinə daxil olmaq;
3.“Register” bölməsinə bir daha daxil olub, şəxsi məlumatlarınızı təhlükəsizlik məqsədi ilə yenidən daxil etmək;
4. imtahana qeydiyyat üçün tələb olunan suallara cavab vermək (Qeydiyyat zamanı təhsil aldığınız orta məktəb haqqında məlumatı qeyd etməli olduğunuz xanada təqdim olunan "Find my school" funksiyasını aktivləşdirin və açılan yeni pəncərədən "Outside the United States" seçimini edib, ölkə xanasında Azərbaycan adını seçin və axtarışı başlayın. Çıxan siyahıda məktəbin adı olmasa, "Can't find your high school?" funksiyasına müraciət edin və açılan yeni pəncərədəki seçimdən, “My School is not listed” seçmək lazımdır).
Qeydiyyatdan keçmək üçün öncədən hazırlanması tələb olunan vəsaitlər:
• Elektron faylda fotoşəkil (tələbləri ilə bağlı ətraflı məlumat linkdə: https://sat.collegeboard.org/register/photo-requirements);
• Plastik ödəniş kartı(SAT imtahanının ödənişi 109 ABŞ dollarıdır). İmtahan rüsumlarının ətraflı bölgüsü linkdə: https://sat.collegeboard.org/register/intl-services-fees.
Əgər vaxtında qeydiyyatdan keçməmisinizsə, test mərkəzində boş yerlər olduğu təqdirdə imtahan gününə 5 gün qalmışa qədər əlavə gecikmə rüsumunu (30 ABŞ dolları) ödəyərək qeydiyyatdan keçmək mümkün olur (əlavə məlumat linkdə: https://sat.collegeboard.org/register/waitlist-status ).
İmtahana daxil olmaq üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb. SAT imtahanına daxil olmadan öncə imtahanı vermək istəyənlərin ciddi hazırlaşmaları və sınaq testlərində özlərini yoxlamaları tövsiyə olunur (“College Board" təşkilatı tərəfindən dəstəklənən SAT imtahanının sınaq və hazırlığı üçün vəsait müvafiq olaraq linklərdə: https://collegereadiness.collegeboard.org/sample-questions və https://www.khanacademy.org/sat)
SAT imtahanının nəticələri bir qayda olaraq (istisnalar olmaq şərtilə) imtahan günündən 20 gün sonra imtahan verənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanır.
İmtahan vaxtının bölgüsü və müddəti:
1. Oxuma testi - 65 dəq.
2. 10 dəq. fasilə
3. Yazı və dil üzrə test - 35 dəq.
4. Riyaziyyat testi (kalkulyator olmadan) - 25 dəq.
5. 5 dəq. fasilə
6. Riyaziyyat testi (kalkulyator olmaqla) - 55 dəq.
7. 2 dəq. fasilə
8. Seçim - Esse - 50 dəq.
İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq tələb olunan sənədlər (şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport və buraxılış vərəqəsi – Admission Ticket) ilə imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.
2023-cü ildə SAT imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
- 11 mart 2023
-
6 may 2023
-
3 iyun 2023
Qeyd: 2023-cü ildən etibarən SAT imtahanları kağız daşıyıcılar deyil, kompüter vasitəsilə keçiriləcək.
DİM-in test mərkəzi AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında olan inzibati binasında yerləşir.
DİM tərəfindən keçirilən SAT imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz: international@dim.gov.az
ADA Universitetinə qəbul
“ADA” Universitetinin bakalavriat səviyyəsinə qəbul iki yolla aparılır:
1. DİM-in keçirdiyi qəbul imtahanlarının nəticələri vasitəsilə;
2. Beynəlxalq SAT imtahanı nəticəsi vasitəsilə.
SAT imtahanının nəticəsi ilə müraciət edənlər üçün müəyyən olunmuş tələblər:
• ərizə qəbulu müddətində “Abituriyentin elektron ərizəsi”ni ümumi qaydada təsdiq etdikdən sonra ərizənin surətini və SAT imtahanı balı haqqında məlumatı DİM-ə təqdim etmək;
• SAT imtahanı nəticələrini elektron şəkildə College Board saytında (https://www.collegeboard.org) Dövlət İmtahan Mərkəzinə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərmək;
• “ADA” Universitetinin elektron ərizə formasını doldurmaq. Elektron ərizə forması üçün keçid: www.ada.edu.az/apply;
• IELTS Academic, TOEFL iBT(onlayn TOEFL imtahanı daxil), PTE Academic, Duolingo English Test imtahanlarının nəticəsini "ADA"-nın elektron ərizə formasına yükləmək (nəticələrin göndərilməsi üçün kod 2093). Qəbul üçün minimum bal tələbi qoyulmur;
• Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin rus, ingilis və ya gürcü bölmələrini cari ildə bitirən, eləcə də ümumtəhsil məktəbini əvvəlki illərdə və ya xaricdə bitirən abituriyentlər “Azərbaycan dili” fənni üzrə qəbul imtahanında iştirak edərək “məqbul” qiymət almalıdırlar. Bunun üçün onlar dim.gov.az saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən "test imtahanı verəcəyi dil" bölməsində rus dilini seçməlidirlər. “Azərbaycan dili” fənni üzrə keçiriləcək imtahanın tarixləri DİM-in saytında yerləşdirilib. 2022-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar. Azərbaycanda yerləşən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsini cari ildə bitirən abituriyentlər isə buraxılış imtahanında iştirak edərək Azərbaycan dili fənni üzrə minimal 15 bal toplamalıdırlar;
• “ADA” Universitetinin pedaqoji heyətindən ibarət komissiya tərəfindən keçiriləcək müsahibədə iştirak etmək.