Direktorlar Şurası
Direktorlar Şurası
Direktorlar Şurası (bundan sonra – Şura) sədr, 2 sədr müavini, və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli 1949 nömrəli sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2016-cı il tarixli 1950 nömrəli sərəncamı ilə Namiq Əsgər oğlu Babayev və 15 aprel 2016-cı il tarixli 1951 nömrəli sərəncamı ilə Bəhram Bəhman oğlu Xəlilov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini vəzifəsinə təyin olunublar.
Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli 1959 nömrəli sərəncamı ilə Ayda-zadə Kamil Rəcəb oğlu, Bayramov Ceyhun Əziz oğlu, Hacıyev Niyazi Xanbaba oğlu və İsmayılzadə Fariz Akif oğlu Direktorlar Şurasının üzvü təyin olunublar.
Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Şura sədrinin təşəbbüsü ilə keçirilir.
Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici sayılır. Şuranın qərarları Şura sədri tərəfindən imzalanır.