Dövlət İmtahan Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ümummilli liderimizin həyat və fəaliyyətindən, Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil və mütəxəssis hazırlığına göstərdiyi qayğıdan danışıb.
Dövlət İmtahan Mərkəzinin kollektivi Mərkəzin binasında yerləşən Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla yad ediblər.