Dövlət İmtahan Mərkəzinin Maliyyə departamenti, İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.
Əmək funksiyaları
- Gündəlik maliyyə əməliyyatlarının uçotunun aparılması;
- Hesab-fakturaların, qaimələrin və digər mühasibat sənədlərinin hazırlanması və sistemə daxil edilməsi;
- Alış və satış əməliyyatlarının mühasibat proqramında düzgün əks etdirilməsi;
- Mühasibat sənədlərinin arxivləşdirilməsi və qaydaya salınması;
- Xəzinədarlıq üzrə əməliyyatların icra edilməsi;
- Mülki müqavilələr üzrə sosial ayırmalar və vergilərin hesablanıb tutulması;
- Debitor borcların və verilmiş avansların yoxlanılması;
- Kreditor borcların və alınmış avansların yoxlanılması;
- Aylıq hesabatların hazırlanmasında iştirak etmək;
- Mühasibat proqramında uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
- Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Tələb olunan bilik və bacarıqlar
- Ali təhsil: Maliyyə və ya mühasibat ixtisasları üzrə ali təhsil;
- Staj: minimum 2 il;
- 1C 8.3, MS Windows və MS Office üzrə yüksək səviyyədə istifadə bacarıqları, o cümlədən bulud texnologiyaları ilə iş təcrübəsi;
- Uçot və analitik proqram təminatları ilə iş təcrübəsi;
- Azərbaycan dili-yüksək səviyyə, ingilis dili və rus dili-B1;
- Detallara diqqət, məsuliyyətlilik, vaxtın effektiv idarə edilməsi, komanda ilə işləmə bacarığı, intizamlılıq, nəticəyönümlülük və stresin idarə edilməsi.
Müraciət qaydası
Vakansiyaya 19 may 2026-cı il tarixinədək https://portal.dim.gov.az/HR/ linkinə keçid edərək və “Maliyyə-məsləhətçi” vakansiya adını seçərək müraciət edə bilərsiniz.