• Llinkedin
  • Facebook
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      “Tam orta və ümumi orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda Lənkəran şəhərində müəllimlərlə görüş keçirilib

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      12.05.2026 15:09

      10 may 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə regionun təhsil müəssisələrində xarici dil fənnini tədris edən 90 müəllimlə görüş keçirilib.

      Görüşdən əvvəl Mərkəzin əməkdaşları Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər.

      Tədbiri giriş sözü ilə açan DİM-in Lənkəran Regional Bölməsinin müdiri Nicat Hüseynov görüşün əhəmiyyətindən və regionlarda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

      Daha sonra DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva çıxış edərək xarici dil fənləri üzrə qiymətləndirmə sistemində həyata keçirilən yeniliklər, ölçmə meyarları və tətbiq olunan yanaşmalar, habelə imtahan modelində nəzərdə tutulan yazı tapşırığı haqqında ətraflı məlumat verib, metodiki tövsiyələrini bölüşüb. Qeyd olunub ki, yeni imtahan modelinin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə qiymətləndirməkdir.

      Diqqətə çatdırılıb ki, xarici dil fənni üzrə yeni model çərçivəsində 2027-ci ildən etibarən minimum 100 sözdən ibarət kiçikhəcmli mətn yazılmasını tələb edən yazılı tapşırıq tətbiq olunacaq. Bu tapşırıq şagirdlərin yazı bacarığını, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil vasitələrindən istifadə səviyyəsini daha obyektiv qiymətləndirməyə imkan verəcək. Vurğulanıb ki, bu dəyişiklik eyni zamanda tədris prosesində şagirdlərin yazı bacarığının sistemli inkişafına daha çox diqqət yetirilməsini zəruri edir.

      Görüş çərçivəsində qeyd olunub ki, Lənkəran-Astara iqtisadi rayonu üzrə xarici dil fənni nəticələrində müsbət dinamika müşahidə olunur. Belə ki, 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında ümumi orta statistik bal 2024/2025-ci tədris ilində 30,33 olduğu halda, 2025/2026-cı tədris ilində 31,1-ə yüksəlmişdir. Qeyd edilib ki, nəticələr region üzrə xarici dil hazırlığında müəyyən irəliləyişin olduğunu göstərir. Bununla yanaşı, iqtisadi rayonun tərkibinə daxil olan rayonlar arasında nisbi bal göstəricilərində fərqlər müşahidə olunur ki, bu da bəzi istiqamətlər üzrə metodik dəstəyin və tədris prosesinin daha da gücləndirilməsinin vacibliyini göstərir.

      Plenar hissədən sonra görüş ingilis, rus və fransız dili fənləri üzrə seminarlarla davam etdirilib. Dövlət İmtahan Mərkəzinin fənn kuratorları Fatma Ağayeva (fransız dili), Gülayə Cavadova (ingilis dili) və Xalidə Babaşova (rus dili) tərəfindən tam orta (11 illik) təhsil səviyyəsi üzrə imtahan modelində nəzərdə tutulan dəyişikliklər barədə ətraflı məlumat verilib.

      Seminarlar çərçivəsində iştirakçılara xarici dil fənni üzrə minimum 100 sözdən ibarət kiçikhəcmli mətn yazılmasını tələb edən yazılı tapşırıq, onun qiymətləndirmə meyarları və nümunə cavablar təqdim olunaraq müzakirə edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təqdimatdan sonra sorğu keçirilib və müəllimlərlə yeniliklər barəsində geniş fikir mübadiləsi aparılıb.


      Foto
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11
      • 12
      • 13
      • 1
      • 2
      • 3
      • 4
      • 5
      • 6
      • 7
      • 8
      • 9
      • 10
      • 11
      • 12
      • 13

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Instagram
      • YouTube
      • Telegram