İmtahandan 3-4 gün əvvəl buraxılış vərəqələri DİM-in internet səhifəsində yerləşdiriləcək. Vərəqədə imtahanın keçiriləcəyi tarix və yer haqda tam məlumat olacaq.
Sual-cavab
Bu və ya digər səbəbdən şəxsiyyət vəsiqəsini sənəd qəbulundan sonra yeniləyənlər mütləq öz şəxsi kabinetinə daxil olmaqla, şəklin altında "Sənədim yenilənib" bölməsindəki düymədən istifadə etməklə məlumatları yeniləməlidirlər.
“Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsasən hər bir abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə abituriyentin topladığı bal əsasında aparılır və bu zaman hər hansı digər amil nəzərə alınmır.
Müsabiqə şərti DİM tərəfindən hər hansı bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Keçid balı isə müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.
Xeyr, cari ilin məzunları (peşə liseylərinin məzunları istisna olmaqla) bitirdikləri ümumi təhsil müəssisəsinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə liseylərinin cari il məzunları elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.
Şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az internet ünvanında “Giriş” bölməsinə daxil olub “Parolu unutmuşam” düyməsini sıxmaqla istifadəçi adını (şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi elektron poçt ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər. Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir. Qeydiyyatdan keçən zaman elektron poçt ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib şəxsiyyət vəsiqəsini təqdim edərək parolu əldə edə bilərlər.
Bəli, buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.
Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (bundan sonra əsas xarici dil) fənnindən imtahan verəcəklər. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, onlar üçün bu imkan da yaradılır. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.
Bəli, tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən də ayrıca imtahan verir və həmin imtahandan topladıqları bal onların təhsil sənədinə yazılır.
Xeyr, 11 illik təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız 9 illik təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar.
Bəli, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini X sinifdə davam edə bilirlər.
Xeyr, istər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.
Abituriyentlər buraxılış imtahanı çərçivəsində verdikləri xarici dildən fərqli xarici dil bilikləri tələb edən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün tələb edilən xarici dildən əlavə imtahan verməlidirlər. Bu haqda məlumat “Abituriyent” jurnalının 2-ci sayında tələbə qəbulu elanının mətnində dərc ediləcək.
"ADA" Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) imtahanından "məqbul" almaları, tam orta təhsil müəssisələrinin Azərbaycan bölməsini bitirən abituriyentlərin buraxılış imtahanında (qəbul imtahanının I mərhələsində) tədris dili (Azərbaycan dili) fənnindən 50 bal və yuxarı nəticə göstərməkləri tələb olunur.
ADA Universitetinin ixtisaslarının müsabiqəsində beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, o cümlədən xarici dil üzrə IELTS Academic, TOEFL iBT, PTE və ya Duolingo English Test imtahanlarından biri üzrə müvafiq nəticəsi olan abituriyentlər də buraxılır. IELTS Academic üzrə minimum bal tələbi 6.0, TOEFL iBT üzrə 75, PTE üzrə 50, Duolingo English Test imtahanı üzrə isə 95 baldır.
İngilis dili ilə bağlı tələb Azərbaycandan kənarda yerləşən ingilis dilli məktəblərin məzunlarına və ya “ADA” Universitetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəffəqiyyətlə bitirmiş abituriyentlərə şamil olunmur. I və II qruplar üzrə ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur.
Qeyd olunan şərtləri ödəyən və ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizəsi olan abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada qeydiyyatdan keçirlər:
- Şəxsi kabinetinin istifadəçi adı və parolunu müvafiq sahələrə yazıb sistemə daxil olmaq lazımdır. Daha sonra SAT imtahanının və ingilis dili imtahanının nəticələri barədə məlumatı (skan edərək) yükləmək tələb olunur.
- SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”un saytı (https://www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərirlər;
- İyunun 25-dək ADA Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldurur, ingilis dili imtahanının nəticəsini həmin ərizə formasına yükləyir və ADA Universitetinə elektron şəkildə göndərirlər
ADA Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur.
Qeyd: ADA Universitetinin Hüquqşünaslıq ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.
Respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün ali təhsil müəssisəsinə yalnız bir dəfə müsabiqədənkənar qəbul olmaq hüququ vardır. “Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar” və “Respublika fənn olimpiadalarının siyahısı” Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur (http://www.e-qanun.az/framework/42536). Qeyd edək ki, Respublika fənn olimpiadalarının qalibləri DİM elan etdiyi müddətdə müvafiq sənədləri Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrinə təqdim etməlidirlər. Sənədlər təqdim olunduqdan sonra onların həqiqiliyi və təqdim edən şəxslərə məxsus olmasını DİM araşdırır və araşdırmaların nəticələri barədə abituriyentlərə məlumat verilir. Sənədlərinin həqiqiliyi və onlara məxsus olması təsdiqlənən şəxslər elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədikləri ixtisasın kodunu yazılı şəkildə bildirməlidirlər.
Xeyr, mümkün deyil. Müsabiqə zamanı abituriyentin hər hansı bir cəhddə hər üç fənn üzrə topladığı bal nəzərə alınır. Tutaq ki, abituriyent qəbul imtahanının ikinci mərhələsinin birinci cəhddə RK, ikinci cəhddə isə Rİ alqtrupu üzrə imtahan verib. Müsabiqə zamanı abituriyent RK altqrupuna aid ixtisası seçirsə, onun birinci cəhddə riyaziyyat, fizika və kimya fənlərindən topladığı bal nəzərə alınır. Rİ altqrupuna aid ixtisasları seçəndə isə imtahanın ikinci cəhdində riyaziyyat, fizika və informatikadan topladığı bal nəzərə alınır. Yəni abituriyent iştirak etdiyi hər iki cəhd imtahanından müvafiq altqrup (lar) üzrə birinin nəticəsi əsasında müsabiqədə iştirak edir. Bir altqrup üzrə birinci cəhddən iki fənn, ikinci cəhddən isə digər fənn üzrə (və ya əksinə) toplanılan balların cəmi əsasında müsabiqədə iştirak etməyə icazə verilmir. Deməli, imtahanın hər iki cəhdində iştirak edən abituriyent bütün fənlər üzrə iki cəhddən birinin nəticəsini seçə bilər. Qeyd edək ki, müsabiqə zamanı imtahanın hər iki cəhdində eyni qrup (altqrup) üzrə iştirak edən abituriyentin daha yüksək olan nəticəsi nəzərə alınır.
Bəli, I qrupda yalnız informatika yönümlü Rİ altqrupunu seçən və ümumi müsabiqə şərtini ödəyən abituriyentlər informatika fənni üzrə imtahandan topladıqları baldan asılı olmayaraq, qeyd olunan altqrupa daxil olan ixtisasları seçə bilərlər. Ümumiyyətlə, son illər ali təhsil müəssisələrinə qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
Bəli, III qrupda yalnız TC altqrupunu seçən və ümumi müsabiqə şərtini ödəyən abituriyentlər coğrafiya fənni üzrə imtahandan topladıqları baldan asılı olmayaraq, qeyd olunan altqrupa daxil olan ixtisasları seçə bilirlər. Ümumiyyətlə, son illər ali təhsil müəssisələrinə qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2023-cü ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2024-cü ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəklərinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.
IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2023-cü ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2024-cü ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.
Qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən əlavə qəbul imtahanı da verir və hər iki imtahandan topladıqları balların cəminə əsasən qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edirlər.
Bəli, abituriyentlər buraxılış imtahanından (əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsindən) topladıqları baldan asılı olmayaraq, qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilərlər.
«Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən ölkə vətəndaşları hər bir təhsil səviyyəsi (ümumi təhsil, orta ixtisas təhsili və ali təhsil) üzrə yalnız bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) təhsil ala bilərlər. Deməli, ödənişsiz təhsil almaq üçün qoyulan müvafiq müsabiqə şərtlərini ödəsəniz, elektron ixtisas seçimi ərizəsində dövlət sifarişli ixtisasların da kodlarını qeyd edə bilərsiniz və qəbul olduğunuz halda dövlət sifarişi əsasında ali təhsil ala bilərsiniz.
Bir ulduz işarəsi ilə göstərilən ixtisasların qabiliyyət imtahanının nəticəsi məqbul və ya qeyri-məqbulla, iki ulduz işarəsi ilə göstərilən ixtisasların qabiliyyət imtahanının nəticəsi isə balla qiymətləndirilir. Balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarından topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı əsasında aparılır.
V qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının (tam orta məktəbin XI sinfini cari ildə bitirənlər üçün buraxılış imtahanının) nəticələri 2 il qüvvədə olur. 2023-cü ildə keçirilmiş qəbul / buraxılış imtahanından topladığı bal müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər 2024-cü ildə qabiliyyət imtahanı verib məqbul qiymət almaq şərti ilə V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilərlər.
Bəli, iştirak edə bilərlər. Belə olan halda, həmin şəxslərin abituriyent və subbakalavr kimi seçdiyi ixtisas eyni ixtisas qrupuna aiddirsə, o zaman müsabiqədə qəbul imtahanından topladığı balla iştirak edirlər. İxtisaslar fərqli qruplara aiddirsə, subbakalavr kimi seçdiyi ixtisasların müsabiqəsində müvafiq ixtisas qrupu (ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər bal əsasında, abituriyent kimi seçdiyi ixtisasların müsabiqəsində isə qəbul imtahanından topladığı bal əsasında iştirak edirlər.
Bəli, qəbul imtahanının hər iki cəhdində iştirak edən bakalavrlar ikinci imtahanı birinci imtahandan fərqli bölmə üzrə də verə bilərlər.
Bəli, qəbul imtahanının hər iki cəhdində iştirak edən bakalavrlar ikinci imtahanı birinci imtahandan fərqli xarici dil üzrə verə bilərlər.
Xeyr, bu il bakalavrlar yazı işini yerinə yetirib-yetirmədiyindən və ya yazı işi üzrə topladıqları baldan asılı olmayaraq, ümumi müsabiqə şərtlərini ödədikləri halda, ixtisaslaşma seçimində iştirak edə biləcəklər.
Xeyr, imtahanın 3 saatı bitdikdən sonra Cavab kartları yığılır və sonra yazı işi üçün 30 dəqiqə vaxt ayrılır. Yazı işi esse vərəqində yerinə yetirilir.
DİM tərəfindən magistraturaya qəbul məqsədilə keçirilən test imtahanlarının informatika fənni üzrə proqramında 2023-cü ildən etibarən Microsoft Office paketinin “Office 2010” versiyası “Office 2019” versiyası ilə əvəz olunmuşdur. Bu səbəbdən imtahanlarda “Office 2019” versiyasına aid tapşırıqlardan istifadə olunacaqdır. Namizədlərə elmi-metodik kömək məqsədi ilə DİM tərəfindən 2022-ci ildə çap olunmuş “İnformatika” vəsaitindən yararlanmağı tövsiyə edirik.
Qəbul qaydalarına əsasən, xarici ölkələrdə ali təhsil almış şəxslər şəxsiyyətlərini təsdiq edən sənədi, ali təhsil haqqında sənədi və ona əlavəni, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Bu zaman Sizin ümumi orta müvəffəqiyyət göstəriciniz xüsusi qaydada yüzballı şkala əsasında hesablanaraq elektron ərizənizə daxil ediləcəkdir.
Bəli, ikinci imtahan üçün ayrıca qeydiyyat aparıldığı üçün birinci imtahanda iştirak etməyənlər və ya ümumiyyətlə qeydiyyatdan keçməyənlər müəyyən olunan vaxtda qeydiyyatdan keçib, ikinci imtahanda iştirak edə bilərlər. Bununla belə, bakalavrlara birinci imtahanda iştirak etmək tövsiyə olunur.
Bəli, bu haqda DİM artıq məlumat vermişdi. İmtahan fənlərindən biri olan xarici dildə test tapşırıqlarının sayı 25-dən 20-yə endirilmiş, əvəzində bakalavrlara xarici dil üzrə yazı işi (esse) yazmaq təklif olunur. Xarici dil üzrə test tapşırıqlarından toplanıla bilən maksimal bal 20, esse üzrə toplanıla bilən maksimal bal isə 5-dir, yəni xarici dil üzrə qəbul imtahanda maksimum 25 bal toplamaq mümkündür. Essenin əlavə olunması ilə bağlı imtahan müddətinə 30 dəqiqəyə əlavə olunmuşdur, yəni ümumi imtahan müddəti 3 saat 30 dəqiqə olacaq. Beləliklə, test tapşırıqlarını cavablandırmağa 3 saat, esseni yerinə yetirmək üçün isə 30 dəqiqə vaxt verilir. İnformatika və məntiqi təfəkkürünü qiymətləndirən testlərin sayında heç bir dəyişiklik edilməmişdir. Bu dəyişikliklər barədə DİM 21 sentyabr 2023-cü il (https://dim.gov.az/news/11808/) və 23 sentyabr 2023-cü ildə (https://dim.gov.az/news/11836/), eləcə də “Magistr” №1 jurnalında ətraflı məlumat vermişdir.
Yeni qaydalara əsasən rezidenturada təhsili ərzində baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək olar. Lakin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün rezidentura təhsilini başa vurmaq və ya rezidentura təhsilindən imtina etmək tələb olunur.
Müsabiqə zamanı eyni ixtisası seçmiş və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı eyni olan iki və daha artıq namizədi bir-birindən fərqləndirmək üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal nəzərə alınır.
Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır.
Yeni qaydalara əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir, “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.
Yeni qaydalara əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında III kursu tam bitirmiş tələbələr də iştirak edə bilər.
Bir komissiya üzrə imtahan nəticəsinin digərinə aid edilməsi yalnız abituriyentin hər iki komissiya üzrə qeydiyyatdan keçdiyi halda mümkündür. Bu zaman proqramı daha mürəkkəb olan komissiyaların imtahan nəticələri proqramı daha (və ya nisbətən) sadə olan (lakin imtahanı hələ keçirilməmiş) komissiyalara şamil edilir. Məsələn: “Məşqçilik” komissiyası üzrə imtahandan məqbul alan abituriyentlərin nəticəsi “Fiziki tərbiyə müəllimliyi” komissiyasına və ya “Dizayn” komissiyasından imtahan nəticəsi “Təsviri incəsənət müəllimliyi” komissiyasına da şamil olunur. Qeyd edək ki, şamilolunmanın geriyə qüvvəsi yoxdur. Yəni bir fənn üzrə alınan məqbul qiymət daha əvvəl keçirilən imtahanlara şamil oluna bilməz.
Xüsusi qabiliyyət imtahanları haqqında məlumatları DİM-in rəsmi internet saytında yerləşdirilmiş Bələdçi-dən, qeyd olunan saytın xəbərlər bölməsindən və “Xüsusi qabiliyyət imtahanları” jurnallarından almaq olar.
Bəli, XQTİ lər üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər imtahanların nəticəsi elan olunduqdan sonra müəyyən olunmuş müddətdə DİM-in internet səhifəsinə daxil olaraq seçdikləri XQTİ-nin aid olduğu komissiya(lar) üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etməlidirlər. Müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanına buraxılmırlar.
Bir ulduz (*) işarəsi ilə göstərilən ixtisaslar üzrə qabiliyyət imtahanının nəticəsi məqbul və ya qeyri-məqbulla, iki ulduz (**) işarəsi ilə göstərilən ixtisaslar üzrə qabiliyyət imtahanının nəticəsi isə balla qiymətləndirilir. Qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ lər) üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı, balla qiymətləndirilən XQTİ lər üzrə müsabiqə isə abituriyentin qabiliyyət imtahanlarından topladığı yekun balı əsasında aparılır.
Bəli, vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
Namizədlər mərkəzi icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən həmin orqanlarda yaradılmış apelyasiya şuralarına, məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apelyasiya Şurasına, habelə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə şikayət verə bilərlər.
Dövlət İmtahan Mərkəzinin internet portalında aşağıdakı linkə daxil olmaqla ehtiyat kadrlar siyahısında olma barədə arayış əldə edə bilərsiniz: https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/arayish.aspx
“Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”nə aşağıdakı linkdən daxil olmaqla anket məlumatınızda düzəliş və əlavələr edə bilərsiniz: https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/sorgu.aspx
Vətəndaşların dövlət qulluğuna qəbul edilə bilmədiyi hallar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə vətəndaşın həqiqi hərbi xidmət keçməməsi dövlət qulluğuna qəbulda məhdudiyyət olaraq müəyyən edilməmişdir.
Müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün qeydiyyat, habelə müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanlarına sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Siz Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yaratdığınız şəxsi kabinetdən istifadə etməklə sənədlərinizi elektron formada təqdim edə bilərsiniz.
Xeyr. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər müsabiqənin müsahibə mərhələsində və ümumi müsahibədə iştirak hüququna malikdirlər.
İxtisas tələbləri vəzifənin tutulması şərtlərindən biri olmaqla dövlət orqanı üzrə deyil, hər vəzifə üzrə vəzifənin qulluq funksiyaları nəzərə alınaraq müəyyən edilir. Vətəndaş Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalının müsabiqə elanları və vakant vəzifələr üzrə axtarış bölməsinə daxil olmaqla ali təhsil üzrə ixtisasına uyğun vakant vəzifələr və onların aid olduğu dövlət orqanları barədə məlumatlar əldə edə bilər.
1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir. Ali təhsil haqqında sənədi müvafiq qaydada təsdiq edilmiş şəxslər dövlət qulluğuna qəbul üzrə keçirilən imtahanlarda iştirak edə bilər.
Bəli, hər iki səviyyə üzrə və istədiyiniz diplomla təhsil aldığınız ixtisasa uyğun olaraq müsabiqədə iştirak üçün qeydiyyatdan keçə bilərsiniz.
Xeyr, iştirak edə bilməzsiniz. Müsabiqədə iştirak üçün qeydiyyat zamanı ali təhsil barədə diplom məlumatları tələb olunur. Eyni zamanda test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurur və bu formaya ali təhsil haqqında sənədin (diplomun) skan edilmiş surəti əlavə edilir.
Əgər Siz Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almışsınızsa, bu zaman barənizdə dövlət qulluğuna qəbulla bağlı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsi (müsabiqə və müsahibə) tətbiq edilmir. Bu şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxslər 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri tərəfindən həmin şəxslər stajçı kimi qulluğa qəbul olunmalı və vakant dövlət qulluğu vəzifəsinə təyin edilməlidir. Qeyd olunan proqram çərçivəsində deyil digər əsaslarla xaricdə təhsil almış şəxslər müsabiqə əsasında dövlət qulluğuna qəbul edilə bilərlər.
Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, Dövlət İmtahan Mərkəzi tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır.
Qanunvericiliyin tələblərinə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrin, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinin tutulması məqsədilə elan edilmiş daxili müsahibələrdə həmin vəzifənin tutulma şərtlərinin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsahibələrdə namizədliyi qeydə alınmış şəxslər müsahibə binasına gələrkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir.
Bəli. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 29.5-ci maddəsinə əsasən, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər. Qeyd edilənlərə əsasən, yeddinci təsnifatda qulluq keçən dövlət qulluqçuları inzibati vəzifələrin yeddinci, altıncı, beşinci təsnifatlarına uyğun olan vəzifələr üzrə keçirilən daxili (və ya ümumi ) müsahibələrdə iştirak edə bilərlər.
Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi və ya diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər ümumi müsahibədə iştirak hüququna malikdirlər.
Xeyr, iştirak edə bilməzsiniz. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.
Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.gov.az) “Dövlət qulluğu” bölməsinin “Müsahibə qrafiki və nəticələri” alt bölməsinə daxil olmaqla müsahibələrin keçirilmə tarixi, yeri və müsahibələrin nəticələri barədə məlumat əldə edə bilərsiniz.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstəriləcək müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə telefon və ya Zoom vasitəsilə ekspertlərin iştirakı ilə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
İddiaçılara fəlsəfə doktoru imtahanı üzrə onun nəticəsini özündə əks etdirən və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada şəhadətnamə Mərkəz tərəfindən verilir. Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.
Xarici dil üzrə qəbul imtahanının nəticələrinə dair QR kodlu elektron arayışı DİM-in internet saytında aşağıdakı linkdən şəxsi kabinetin istifadəçi adı (FİN) və parolunu müvafiq sahələrə daxil etməklə əldə etmək mümkündür: https://eservices.dim.gov.az/ERIZEDOK/ARAYIS/Account/Login?erizeid=ZiSo79IR1F4%3D
Dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq bacarıqlarını yoxlayanhər bir test tapşırıqları bloku üzrə minimal bal 2-dir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na müvafiq olaraq doktoranturaya qəbul zamanı xarici dil imtahanından bu Qaydanın 3.2-ci bəndi ilə nəzərdə tutulan qaydada müəyyən edilən mimimum balı (30 bal) toplamış iddiaçılar dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS Academic, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunur. Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dil sertifikatları üzrə səviyyələrin xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir.
Aşağıdakı cədvəldə beynəlxalq dil sertifikatları üzrə səviyyələrin xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyi təqdim olunmuşdur.
Beynəlxalq dil sertifikatları üzrə tələb edilən səviyyə (CEFR) |
IELTS Academic |
TOEFL IBT |
TestDaF |
DELF/DALF |
STANAG |
Xarici dil üzrə DİM-də keçirilən fəlsəfə doktoru imtahanı nəticələri |
Xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinin qiymətləndirilməsi |
B2 |
6.0 |
65-78 |
TDN3- TDN4 (14-15) |
DELF B2 (67-83) |
2222 |
30-35,5 |
kafi |
6.5 |
79-93 |
TDN4 (16) |
DELF B2 (84-100) |
3333 |
36-44,5 |
yaxşı |
|
C1 və daha yüksək |
7.0 və daha yüksək |
94 və daha yüksək |
TDN4- TDN5 (17-20) |
DALF C1 / DALF C2 (50-100) |
4444 |
45-50 |
əla |
Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə imtahan verən və ya beynəlxalq sertifikat təqdim edən bütün namizədlər elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalıdırlar. Namizədlər həmin kabinetin pul hesabına tələb olunan pul vəsaitini (xarici dil imtahanından azad olunanlar, yəni beynəlxalq sertifikat təqdim edənlər istisna olmaqla) əlavə etməlidir. Namizəd yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilər.
Sertifikatı uyğun olmayan (vaxtı bitmiş, etibarsız sayılan) namizədlərə məlumat verilir və onlar istədikləri halda şəxsi kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini əlavə edib, qeydiyyatdan keçərək ərizəni təsdiqləməklə imtahanda iştirak edə bilərlər.
Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Sertifikatı uyğun olan namizədlərə təqdim etdikləri beynəlxalq sertifikatdakı bala əsasən xarici dil üzrə DİM-də keçirilən qəbul imtahanı nəticələrinə ekvivalent arayış təqdim olunur.
Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli etibarlı beynəlxalq dil sertifikatına (IELTS Academic (5.5), TOEFL (46-64), TestDaF (TDN 3-TDN4) , DELF/DALF (50-66), STANAG (2222) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Həmin şəxslər doktoranturaya qəbul zamanı DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin və sertifikatlarının surətini DİM-də yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər.
Xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı Ali Attestasiya Komissiyasə ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal bloklar üzrə müvafiq bal məhdudiyəti nəzərə alınmaqla 30 bal, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal (məqbul) müəyyənləşdirilib.
İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir.
Xarici dil üzrə həm qəbul, həm də fəlsəfə doktoru imtahanı qrammatik qaydalar üzrə 5 qapalı və 5 açıq test tapşırığı, danışıq üzrə ümumi dəyəri 10 bal olmaqla 3 tapşırıq, dinləyib-anlama bacarığı üzrə dialoq və monoloq tipli mətn üzrə 10 qapalı test tapşırığı, oxuyub-anlama mətni üzrə 10 qapalı test tapşırığı və yazı bacarığı üzrə 10 balla qiymətləndirilməklə (qəbul üçün esse tipli yazı, fəlsəfə doktoru imtahanı üçün isə bir vizual məlumatın təsviri üzrə) yazı tapşırığından ibarətdir.
Elektron ərizə ilə iş üçün namizəd ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalı və həmin kabinetin pul hesabına tələb olunan pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidir. Namizəd yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilər.
Namizəd https://eservices.dim.gov.az/erizedok/erize internet səhifəsinə daxil olur, login bölməsində “Şəxsi kabinet”inin istifadəçi adını və parolu müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır.
Elektron ərizə forması şəxsi məlumatlar, təhsil haqqında məlumatlar və imtahan məlumatları təsvir edilən bölmələrdən ibarətdir.
“Şəxsi məlumatlar” bölməsində namizəd heç bir dəyişiklik edə bilməz (bu məlumatları yalnız “Şəxsi kabinet”də dəyişmək olar). Bu bölmədə yalnız elektron poçt ünvanını qeyd edilməlidir.
“Təhsil haqqında məlumatlar” bölməsində namizəd magistratura səviyyəsində, yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim‐mütəxəssis) təhsili haqqında məlumatları müvafiq bölmələrdə qeyd etməlidir. Magistratura (tibbi təhsildə həkim‐mütəxəssis) təhsilini Azərbaycan Respublikasında bitirən namizədlər haqqında məlumatlar Tələbə-Məzun Dövlət İnformasiya Sistemində (TMMS) olmalıdır. Bu bölmədəki “TMMS” düyməsini sıxmaqla həmin məlumatları görmək olar. Əgər namizədin təhsili haqqında məlumatlar TMMS‐də aşkar edilməsə, namizəd müvafiq bölmədə diplomun sürətini yükləməlidir. Yalnız bundan sonra namizəd ərizəsini təsdiq edə bilər. Etibarsız sənəd sistemə yüklənməsi aşkar edildikdə ərizənin təsdiqi ləğv edilir.
“İmtahan məlumatları” bölməsində namizədin imtahan verəcəyi bölmə, imtahan verəcəyi xarici dil və xarici dil sertifikatı haqqında məlumatlar əks edilir. Əgər namizədin imtahan verəcəyi xarici dil üzrə qüvvədə olan (tələblərə uyğun) sertifikatı varsa, onun haqqında məlumatı xarici dil sertifikatı sahəsində qeyd etməlidir. Xarici dil sertifikatı DİM tərəfindən yoxlanıldıqdan sonra namizəd ərizəsini təsdiq edə bilər.
Diqqət! Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin və sertifikatlarının əslini və surətini əvvəlcədən elan olunan tarixlərdə DİM-də yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. İmtahana yalnız ərizəsi təsdiq edilən namizədlər buraxılacaqlar.
Doktorantura və dissertanturaya qəbul zamanı yalnız xarici dil üzrə qəbul imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən keçirilir. Digər imtahanlar (fəlsəfə və ixtisas) ali təhsil müəssisələrində təşkil olunur. Xarici dil üzrə qəbul imtahanında keçid balı (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar. Mərkəz eyni zamanda, xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarını da keçirir.
Qəbul imtahanında 30 və daha çox bal toplamış namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Təlimçilər Mərkəzin sahə üzrə fəaliyyət göstərən və ixtisaslaşan əməkdaşlarıdır.
Vətəndaşların rahatlığının və təlimlərin əlçatan olmasının təmin edilməsi məqsədilə dövlət qulluğu, insan resurslarının idarə edilməsi və işgüzar istiqamətli distant təlimlər də keçirilir.
Təlimlər müəyyən mövzular üzrə iştirakçıların biliklərini artırmağı hədəfləyir. Sertifikat şəxsin həmin təlim kursunu keçdiyinin sübütudur, lakin dövlət qulluğuna qəbul üçün keçirilən müsahibələrdə güzəşt ünsürü deyildir.
Bəli, təlimdə iştirak edən şəxslərə sertifikat təqdim olunur.
Təlimlərdə iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://exidmet.dim.gov.az/elimt/telim
Təlimlər həm əyani, həm də distant formada keçirilir.
Bəli, hər modul üzrə ödəniş 100 Azn-dir.
Sizi maraqlandıran suala cavab öz əksini tapmayıb?Təqdim olunan formanı dolduraraq öz sualınızı göndərə bilərsiniz |