DİM 15 oktyabr 2023-cü il tarixində aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirib
Qeydiyyat sentyabrın 18-dən oktyabrın 13-dək davam edəcək
Qeydiyyat mart ayının 1-dən 27-dək davam edəcək
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 oktyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən imtahan və imtahan nəticəsində sertifikatların verilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimləri başa vurmuş şəxslərə aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimin tədris proqramına uyğun olaraq sertifikat növləri üzrə ixtisaslara dair sualları əhatə edir. Namizədlərə təqdim olunan 50 test tapşırığından 40-I qapalı formalı olub 1 balla, 10-u isə açıq formalı olub 2 balla qiymətləndirilir.
İmtahanın hər bir mərhələsinin davametmə müddəti 90 dəqiqədir.
İmtahan üzrə toplanması mümkün ümumi (maksimal) bal 60 baldır. İmtahan nəticəsində ən az 60 faiz (36 bal) nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur.
DİM 15 oktyabr 2023-cü il tarixində aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirib
Qeydiyyat sentyabrın 18-dən oktyabrın 13-dək davam edəcək
Qeydiyyat mart ayının 1-dən 27-dək davam edəcək
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanında iştirak üçün qeydiyyat