IELTS
Ümumi Məlumat
IELTS dinləmə, oxu, yazı və danışıq bacarıqlarınızı qiymətləndirən beynəlxalq ingilis dili imtahanıdır.
IELTS imtahanı British Council, IDP: IELTS Australia və Cambridge Assessment English tərəfindən birgə təşkil olunur. İmtahan gündəlik həyatda — istər təhsil müəssisəsində, istər işdə, istərsə də dostlarla ünsiyyətdə ehtiyac duyacağınız ingilis dili bacarıqlarını inkişaf etdirməyə və qiymətləndirməyə kömək edir.
IELTS imtahanının iki əsas növü mövcuddur:
- IELTS Academic – ali təhsil almaq və ya peşəkar hazırlıq keçmək istəyənlər üçün nəzərdə tutulub.
- IELTS General Training – orta təhsil, miqrasiya, iş və ya peşə təlimi məqsədləri üçün nəzərdə tutulub.
İmtahan aşağıdakı bölmələrdən ibarətdir:
- Listening (Dinləmə)
- Reading (Oxu) – Academic və General Training
- Writing (Yazı) – Academic və General Training
- Speaking (Danışıq)
IELTS-i hansı qurumlar qəbul edir?
Dünyada 10 000-dən çox təşkilat IELTS imtahanının nəticələrini qəbul edir. Ali təhsil almaq və xaricdə işləmək üçün ən çox tanınan və geniş istifadə olunan beynəlxalq dil imtahanlarından biri kimi IELTS sizə çoxsaylı imkanlar təqdim edir.
Birləşmiş Krallıq
IELTS Birləşmiş Krallığın Viza və İmmiqrasiya Xidməti (UK Visas and Immigration) tərəfindən qəbul edilir.
Amerika Birləşmiş Ştatları
ABŞ-da 3 400-dən çox təhsil müəssisəsi IELTS nəticələrini qəbul edir.
Avstraliya
Avstraliyada 1 000-dən çox təşkilat, o cümlədən İmmiqrasiya və Sərhəd Mühafizəsi Departamenti, IELTS-i qəbul edir.
Kanada
IELTS Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi (IRCC), eləcə də 350-dən çox təhsil müəssisəsi tərəfindən qəbul edilir.
Yeni Zelandiya
Yeni Zelandiya İmmiqrasiya Xidməti (Immigration New Zealand) və bir sıra digər təşkilatlar IELTS nəticələrini qəbul edir.
Beynəlxalq səviyyədə tanınma
IELTS Almaniya, Malayziya, Niderland və dünyanın bir çox digər ölkələrində geniş şəkildə tanınır və qəbul edilir.
Qeydiyyat prosesi
İmtahana qeydiyyatdan keçmək üçün international@dim.gov.az elektron poçt ünvanına müraciət etmək lazımdır. Bundan sonra IELTS portalında sizin üçün hesab yaradılacaq və ödənişi həyata keçirmək üçün həmin hesaba giriş imkanı təqdim olunacaq.
Nəticələr
Kompüter əsaslı IELTS imtahanının rəsmi nəticələri imtahan günündən təxminən 3–5 gün sonra British Council tərəfindən elan olunur.
İmtahanın qiymətləri
İmtahanda iştirak etmək üçün ödəniş haqqı 575 manatdır.
İmtahanda iştirak etmək üçün qeydiyyat linki: https://eservices.dim.gov.az/iexams/az/login.aspx
Ətraflı məlumat üçün international@dim.gov.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz