Fransız İnstitutu
Azərbaycan Fransız İnstitutu Fransa institutlarının dünya şəbəkəsinə qoşulmuş mədəniyyət mərkəzidir.
Dövlət İmtahan Mərkəzi (DİM) fransız dili üzrə bilik və bacarıqların qiymətləndirilməsinin təkmilləşdirilməsi məqsədilə qiymətləndirmə ekspertlərinin peşəkar inkişafı istiqamətində Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitutu (İFA) ilə əməkdaşlığa başlayıb. Qurumlar arasındakı razılığa əsasən DİM-in fransız dili fənni üzrə ekspertləri İFA tərəfindən təşkil edilən fransız dilinin qiymətləndirilməsi üzrə 5 günlük təlimdə iştirak edirlər. Təlim xarici dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) səviyyələrinə (A1 – C2) əsasən müxtəlif dil bacarıqlarının ölçülməsinə dair nəzəri məlumat və praktik tapşırıqların hazırlanmasını əhatə edir.