Санкт-Петербургский государственный университет (СПбГУ),
Saint Petersburg University
Tarixi 1724-cü ilə qədər uzanan Sankt-Peterburq Dövlət Universiteti (SPDU) Rusiyanın ən qədim ali təhsil müəssisəsidir. SPDU 1995-ci ildən bəri keçirilən ТРКИ imtahanının hazırlanmasında iştirak edən 4 universitetdən biridir. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin 22 fevral 2018-ci il tarixli 130 nömrəli əmri ilə SPDU Rus dili xarici dil kimi dövlət imtahanını keçirən və dövlət tərəfindən tanınmış sertifikat təqdim edən təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.
DİM 2020-ci ildən Sankt-Peterburq Dövlət Universiteti (SPDU) ilə SPDU-nun təcrübəsindən istifadə edərək:
-
"Rus dili" fənni üzrə DİM-in buraxılış imtahanlarında (9 və 11-ci siniflər) istifadə olunan yoxlama-ölçmə materiallarının ekspertizası və təkmilləşdirilməsi;
-
xarici dil kimi rus dili fənni üzrə abituriyentlərin bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi;
-
Azərbaycanda ТРКИ (Rus dili xarici dil kimi) imtahanlarının keçirilməsi;
-
Azərbaycan məktəblərinin rus bölmələrində tədris aparan müəllimlərin ixtisasının artırılması üçün təlimlərin təşkili;
-
Rus dili ilə əlaqəli bilik yarışlarına və tədbirlərə marağın artırılması sahələrində əməkdaşlıq edir.
DİM SPDU ilə əməkdaşlıq çərçivəsində rus dili üzrə bacarıqlarını sertifikatlaşdırmaq istəyən namizədlər üçün ТРКИ (Rus dili xarici dil kimi imtahanı) imtahanlarını Azərbaycanda keçirilməsi üçün lisenziyanı əldə etmişdir. ТРКИ imtahanlarının test mərkəzləri dünyanın 30-dan çox qabaqcıl ölkəsində fəaliyyət göstərməkdədir. ТРКИ imtahanlarının mərkəzləri Avropa və Asiyanın bir sıra qabaqcıl ölkələrində (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Koreya, Yaponiya, Türkiyə və s.) fəaliyyət göstərir. Qeyd edək ki, DİM Azərbaycanda ТРКИ imtahanlarını təklif edən yeganə test mərkəzidir.