Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının “Demokratiya, yaxşı idarəçilik və stabillik” Platformasının Dövlət İdarəçiliyi İslahatları Paneli (DİİP) “Şərq Tərəfdaşlığı” təşəbbüsü
Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” (ŞT) təşəbbüsü AQS çərçivəsində “şərq tərəfdaşları” kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini ehtiva edir. ŞT çərçivəsində dərin və hərtərəfli azad ticarət sahəsində yeni əməkdaşlıq sazişləri, Aİ-nin maliyyələşdirdiyi proqramlar, “mobillik və təhlükəsizlik paktları”, vizasız səyahət, Aİ-nin əmək bazarına giriş, Aİ qanunvericiliyinə və standartlarına uyğunlaşma, insanlar arasında əlaqələr sahələrində əməkdaşlıq nəzərdə tutulur. ŞT çoxtərəfli formatı çərçivəsində müzakirələrin aparılması üçün aşağıdakı platformalar təsis olunmuşdur:
- Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə Platforma (Platforma 1);
- İqtisadi inteqrasiya və Aİ siyasətlərinə uyğunlaşma üzrə Platforma (Platforma 2)
- Enerji təhlükəsizliyi üzrə Platforma (Platforma 3);
- İnsanlar arasında əlaqələr üzrə Platforma (Platforma 4).
DİM “Demokratiya, yaxşı idarəçilik və stabillik” üzrə 1-ci Platformanın Dövlət İdarəçiliyi İslahatları Panelinin iclaslarında iştirak edir.
Platformalar çərçivəsində mütəmadi olaraq panel iclaslar keçirilir.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə Platforması 3 prioritet sahəni əhatə edir və hər bir sahə üzrə Panellər fəaliyyət göstərir:
-
Demokratik İdarəçilik;
-
Ədliyyə və daxili işlər;
-
Təhlükəsizlik və stabillik.
Bütün panellər üzrə mütəmadi olaraq seminar konfrans, dəyirmi masa, təlim, panel müzakirələri, təcrübə proqramları keçirilir. Tədbirlərə ŞT dövlətləri, Aİ-nin bəzi üzvləri, habelə Avropa Şurası və SIGMA kimi beynəlxalq qurumlar dəvət edilir.
DİİP 4 əsas istiqamət üzrə fəaliyyət göstərir, hər bir sahə üzrə məsul olan aparıcı ölkə müəyyən edilmişdir:
1.
|
Dövlət qulluğu, dövlət idarəçiliyi institutları və onların fəaliyyəti (İnsan resurslarının idarə edilməsi, dövlət qulluğuna qəbul qaydaları, qanunvericilik) |
Polşa |
2. |
Şəffaflıq, e-hökumət və məlumatların mühafizəsi |
Estoniya |
3. |
Yerli idarəetmə və desentralizasiya |
Çexiya |
4. |
Texniki yardım alətlərinin səmərəli idarə edilməsi |
Ukrayna |
Panel çərçivəsində təşkil edilən tədbirlər, həmin panelə daxil olan dövlətlər arasında bölüşdürülür və illik fəaliyyət planında nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, Dövlət İdarəçiliyi Panelinin 1-ci sahəsi üzrə (Dövlət qulluğu, dövlət idarəçiliyi institutları və onların fəaliyyəti, İnsan resurslarının idarə edilməsi, dövlət qulluğuna qəbul qaydaları, qanunvericilik) 2017-ci il ərzində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən bir sıra tədbirlər keçirilmişdir.