Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə qəbul imtahanlarında, ingilis dili fənni üzrə isə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının səkkizinci məşğələləri keçirilib.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderatorlar – kimya fənni üzrə Elşad Abdullayev, ingilis dili fənni üzrə isə Nərminə Əliyeva kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçiriblər.
Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Beləliklə, hazılıq kurslarının ikinci mərhələsi başa çatmışdır.
Növbəti mərhələdə Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında, regionlardan olan iştirakçılar isə DİM-in müvafiq Regional Bölmələrində cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçəcəklər.