Gündəlik məsələ buraxılış və qəbul imtahanları modellərinə uyğun onlayn sınaq imtahanları üçün hazırlanmış test tapşırıqlarının müzakirəsinin davamı olub.
Coğrafiya fənnindən iclasda II və III (TC altqrupu) ixtisas qrupları üzrə sınaq imtahanları üçün, riyaziyyat fənnindən iclasda isə tam orta (11 illik) təhsil bazasından buraxılış imtahanı modelinə uyğun sınaq imtahanları üçün hazırlanmış test tapşırıqları müzakirə edilmişdir. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticələrinə, istifadədə olan dərsliklərə uyğunluğu təhlil edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası 20 oktyabr 2023-cü il tarixində olacaq.