Təlimdə zal nəzarətçisi olmaq istəyən namizədlərə qabiliyyət imtahanlarının təşkilinə dair geniş məlumat verilib, imtahanlarda tətbiq olunan yeniliklər barəsində ətraflı müzakirələr aparılıb.
Müraciət edənlərin nəzəriyyə imtahanlarına da cəlb edilməsini təmin etmək məqsədi ilə nəmizədlərə nəzəri suallar təqdim edilib. Müsahibə mərhələsini uğurla bitirən namizədlər DİM tərəfindən keçiriləcək qabiliyyət imtahanlarına cəlb ediləcəklər.
Qeyd edək ki, müsahibə mərhələsi 10 aprel 2023-cü il tarixinədək davam edəcək. Müraciət etmək istəyənlər verilmiş anket formasını dolduraraq g.qulamova@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.