Fizika fənnindən iclasda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I və IV ixtisas qrupları üzrə imtahan modelinə uyğun cavabı yazı ilə ifadə edilən açıq tipli və situasiya tapşırıqlarının müzakirəsinin davamı olub.
Rus dili (tədris dili) və rus dili (xarici dil) fənlərindən iclaslarda isə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi aparılıb.
İclaslarda hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluq baxımından təhlil edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclasları 22 noyabr 2023-cü il tarixində olacaq.