İclaslarda tarix fənni üzrə II və III ixtisas qrupları üçün, biologiya fənni üzrə isə IV ixtisas qrupu üçün ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
Müvafiq fənlər üzrə bir neçə qapalı (verilənlərdən bir doğru cavabın seçilməsi) və açıq tipli (cavabı kodlaşdırıla bilən) test tapşırıqlarının müzakirəsi aparılıb. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb. Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikir bildirib və təkliflər veriblər.
İşçi qrupunun növbəti iclası 23 noyabr 2023-cü il tarixində keçiriləcək.