İclaslarda buraxılış və qəbul imtahanları modellərinə uyğun sınaq imtahanları üçün hazırlanmış tapşırıqların müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.
Azərbaycan dili (dövlət dili) fənnindən ümumi orta (9 illik), ingilis dili fənnindən tam orta (11 illik) təhsil bazasından buraxılış, ədəbiyyat fənnindən III, informatika fənnindən isə I ixtisas qrupu üzrə qəbul imtahanları modellərinə uyğun sınaq imtahanları üçün tapşırıqların müzakirəsi aparılıb.
İşçi qruplarının növbəti iclası 23 oktyabr 2023-cü il tarixində keçiriləcək.