Gündəlik məsələ buraxılış və qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsinin davamı olub.
İclaslarda coğrafiya fənnindən II və III (TC altqrupu) ixtisas qrupları üzrə qəbul imtahanı, riyaziyyat fənnindən isə tam orta (11 illik) təhsil bazasından buraxılış imtahanı modellərinə uyğun tapşırıqların müzakirəsi olub. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticələrinə, istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar fikir bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclasları 24 noyabr 2023-cü il tarixində olacaq.