İclasda qəbul imtahanları modellərinə uyğun sınaq imtahanları üçün hazırlanmış tapşırıqların müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.
I və IV ixtisas qrupları üzrə qəbul imtahanları modellərinə uyğun sınaq imtahanları üçün tapşırıqların müzakirəsi başa çatıb. Sınaq imtahanları üçün hazırlanmış materiallar yaxın günlərdə “otk.az” onlayn sınaq imtahanı platformasında yerləşdiriləcək.
İşçi qruplarının növbəti iclası 24 oktyabr 2023-cü il tarixində keçiriləcək.