Seminarı giriş sözü ilə açan Dövlət qulluğu üzrə sektorun müdiri Ə.Şükürov dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi qaydası, test imtahanının məzmunu, imtahanda yoxlanan bilik sahələri üzrə proqramlar, elektron sınaq imtahanları və digər aidiyyəti məsələlər barədə ətraflı məlumat vermişdir.
Sektorun məsləhətçisi P.Taliyeva dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə olunan test tapşırıqlarının tipi və forması, testlərin tərtibi qaydası, o cümlədən texniki parametrləri - mürəkkəblik dərəcələrinin və qabiliyyət göstəricilərinin təyin edilməsi, sektorun aparıcı məsləhətçisi S.Ağayev isə dövlət qulluğuna işə qəbul olunmaq istəyənlərə metodik köməklik məqsədi ilə DİM tərəfindən nəşr olunan metodik vəsait, rüblük “Dövlət qulluğu” jurnalı haqqında əlavə məlumatları seminar iştirakçılarının nəzərinə çatdırmışlar.
Seminar iştirakçılarından M.Əsgərova, İ.Ağakişiyev, F.Fəttayev və başqaları dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi ilə bağlı müvafiq bilik sahələri üzrə proqramlar haqqında öz fikirlərini bildirmişlər.
Tədbirin sonunda ekspertlərin sualları cavablandırılmış və təklifləri dinlənilmişdir.