Təlim layihənin eksperti Gülzar Quliyeva tərəfindən keçirilib və təlim zamanı iştirakçılara səriştə əsaslı müsahibələrin keçirilməsi ilə əlaqədar təqdimatlar nümayiş olunub.Təlim müddətində “İşə qəbul zamanı buraxılan səhvlər və onların nəticələri”, “Müsahibə yoxsa test”, “insanların şəxsiyyət tipləri”, “Əsas və arzu olunan kompetensiyalar”, “S.T.A.R üsulu” kimi mövzulara toxunulub. Tәlim interaktiv olmaqla (“әqli hücum”, qrup şәklindә müzakirәlәr, “case-study”lәr) iştirakçıların öz düşüncәlәrini bölüşәrәk tәhlil vә müzakirәlәrini tәmin edәcәk formada tәşkil edilib.
Qeyd edək ki, iyun ayı ərzində layihənin ekpertləri tərəfindən müxtəlif istiqamətləri əhatə edən təlimlərin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.
Layihə ilə əlaqəli digər xəbərlərə keçidlər:
https://dim.gov.az/news/10238/
https://dim.gov.az/news/10706/
https://dim.gov.az/news/10979/
https://dim.gov.az/news/10666/
https://dim.gov.az/news/11227/