Təlim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimovun çıxışı ilə başlamışdır. Çıxış zamanı Vüqar Kərimov dövlət qulluğunda etik qaydaların tətbiqi və əhəmiyyətindən danışmış, Nazirlikdə qulluq keçən dövlət qulluqçuları üçün müəyyən edilən etik davranış qaydaları və etik davranış qaydalarına əməl edilməsi ilə bağlı görülən işlər barədə məlumat vermişdir. Daha sonra Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda təqdimatla çıxış etmişdir.
Təlim zamanı dövlət qulluğunda etik qaydaların əhəmiyyəti, etik qaydaların tətbiqi məsələləri barədə ətraflı məlumat verilmiş, dövlət qulluğunda subyektiv amillərə əsaslanaraq hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verilməməsi, dövlət qulluqçusunun etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına və dövlət qulluğuna ictimai etimadın artırılması, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və s. məsələlər müzakirə olunmuşdur. Təqdimatdan sonra etik davranış qaydaları ilə əlaqədar praktik tapşırıqlar verilmiş və iştirakçılar tərəfindən həll edilmişdir.
Təlimin sonunda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.