Təlimdə dövlət qulluğuna yeni qəbul edilmiş şəxslərlə yanaşı, rəhbər vəzifədə çalışan dövlət qulluqçuları da iştirak edib.
Təlim zamanı dövlət qulluğunda etik qaydaların əhəmiyyəti, etik qaydaların tətbiqi məsələləri barədə ətraflı məlumat verilmiş, dövlət qulluğunda subyektiv amillərə əsaslanaraq hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verilməməsi, dövlət qulluqçusunun etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına və dövlət qulluğuna ictimai etimadın artırılması, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və s. məsələlər müzakirə olunub. Təqdimatdan sonra etik davranış qaydaları ilə əlaqədar praktik tapşırıqlar verilib və iştirakçılar tərəfindən həll edilib.
Təlim Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən aparılıb. Sonda isə təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.