Görüşdə 2023/2024-cü tədris ili üçün musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanları haqda müzakirələr aparılıb. Müzakirələrdə Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva, İfaçılıq fakültəsinin dekanı Nəzmiyyə Abbaszadə, Fortepiano kafedrasının müdiri Samirə Aşumova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Kamilə Dadaşzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı Laçın Həsənova, Musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri Zemfira Abdullayeva, Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və Qabiliyyət imtahanları üzrə sektorun əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, son 2 il idi ki, musiqi sənəti ixtisasları üzrə abituriyentlər yalnız ixtisas fənnindən imtahan verirdilər. 2023/2024-cü tədris ilində abituriyentlər ixtisas fənni imtahanı ilə yanaşı nəzəriyyə fənlərindən də imtahan verəcəklər.
Komissiyalar üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanı fənləri aşağıdakı kimi müəyyən edilib:
Kom. №-si |
İxtisasın adı |
İxtisas* və nəzəriyyə imtahanları |
20 | İnstrumental ifaçılıq |
1-ci imtahan İxtisas 2-ci imtahan Harmoniya və solfecio 3-cü imtahan Musiqi ədəbiyyatı |
21 | İnstrumental ifaçılıq (violin, klarnet, fleyta) | |
21 | İnstrumental ifaçılıq (viola, truba, saksofon) |
1-ci imtahan İxtisas 2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio 3-cü imtahan Musiqi ədəbiyyatı |
21 | İnstrumental ifaçılıq (qoboy, faqot, tuba, trombon, valtorna, violonçel, kontrabas, arfa və zərb alətləri) |
1-ci imtahan İxtisas 2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio |
22 | İnstrumental ifaçılıq |
1-ci imtahan İxtisas 2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio |
23, 74 | İnstrumental ifaçılıq | |
24 | Vokal sənəti (akademik vokal) |
1-ci imtahan İxtisas 2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio 3-cü imtahan Musiqi ədəbiyyatı |
25, 95 | Vokal sənəti (xanəndəlik) |
1-ci imtahan İxtisas 2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio |
26 | Populyar musiqi və caz ifaçılığı (vokal) | |
27, 75 | Dirijorluq (sahələr üzrə) |
1-ci imtahan İxtisas 2-ci imtahan Harmoniya və solfecio 3-cü imtahan Musiqi ədəbiyyatı |
28, 96 | Vokal sənəti (milli vokal) |
1-ci imtahan İxtisas 2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio |
29, 69 | Bəstəkarlıq |
1-ci imtahan İxtisas 2-ci imtahan Musiqi ədəbiyyatı 3-cü imtahan Harmoniya şifahi 4-cü imtahan Harmoniya yazılı 5-ci imtahan Solfecio |
30, 73 | Musiqişünaslıq |
1-ci imtahan Musiqi ədəbiyyatı 2-ci imtahan Harmoniya şifahi 3-cü imtahan Harmoniya yazılı 4-cü imtahan Solfecio |
31, 71, 72 | İnstrumental ifaçılıq |
1-ci imtahan İxtisas 2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio |
32, 76, 83, 93 | Musiqi müəllimliyi | |
36 | Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə) |
1-ci imtahan İxtisas 2-ci imtahan Musiqi nəzəriyyəsi və solfecio |
* abituriyent seçdiyi ixtisas üzrə musiqi alətində və ya səs üzrə proqram ifa etməlidir.