2 aprel 2023-cü il tarixində keçirilmiş imtahanların nəticələri ilə bağlı təşkil edilmiş Apellyasiya Komissiyasına 515 şagird 2048 tapşırıq üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət etmişdir. Onlardan 53 şagirdin 64 tapşırıq (bu istiqamət üzrə bütün yazı işlərinin 0,01%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilmişdir. 64 düzəliş edilmə halından 9-u şagirdin bir tapşırığa aid yazı işini başqa tapşırıq üçün ayrılmış hissəyə yazması ilə bağlıdır.
Şagirdlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. Ona görə də şagirdlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə olunur.
Qeyd: İmtahanlarda 25000-dən çox şagird iştirak etmiş və bu şagirdlərin 600000-dən çox yazı işi olub.