Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ikinci məşğələsi keçirilib.
Hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderator Saməddin İbrahimov mətnlərə verilən tələblər və onlara aid nümunələr barədə təqdimatla çıxış edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun üçüncü məşğələsi növbəti həftə keçiriləcək.