Seminarı giriş sözü ilə açan DİM-in Magistratura üzrə sektorunun müdiri Məhəbbət Əkbərli magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanında test üsulu ilə yoxlanılması nəzərdə tutulan xarici dil üzrə bilik və bacarıqlar, o cümlədən dinləyib-anlama bacarıqlarına qoyulan tələblər barəsində ətraflı məlumat vermişdir.
Daha sonra DİM-in aparıcı məsləhətçiləri Aynur Bayramlı və Ülkər Mirzəyeva xarici dillər üzrə test tapşırıqlarını və dinləyib-anlama üzrə test bloku üçün nəzərdə tutulmuş audiofaylları seminar iştirakçılarına təqdim etmişlər.
Seminar iştirakçılarından S. Mehdiyeva, S. Nəsrəddinova, A. Sadıqova, N. Teymurova, R. Həsənova, M. Abdullayeva, A. Əliyeva, X. Mehdiyeva, O. Quliyev və başqaları təqdim olunan test tapşırığı nümunələri ilə bağlı fikirlərini bildirmiş, bəzi tapşırıqların yeniləri ilə əvəz olunmasını məqsədəuyğun hesab etmişlər. Müzakirə nəticəsində ekspertlər tərəfindən bəyənilmiş test tapşırığı nümunələrindən ibarət xarici dillər üzrə test blokları “Magistr” jurnalının 2019-cu il tarixli 2-ci nömrəsində dərc olunaraq bakalavrlara təqdim ediləcək.
Dinləyib-anlama blokuna aid nümunə audiofayllar və test tapşırıqları DİM-in internet saytında yerləşdiriləcək. Magistraturaya qəbul imtahanına hazırlaşanlar həmin materiallar əsasında öz dinləyib-anlama bacarıqlarını yoxlaya bilərlər.