Vəli Hüseyn təqdimat çərçivəsində DİM-in fəaliyyəti, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətləri haqqında iştirakçılara məlumat verib, eləcə də “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” layihəsi barəsində məlumatları təqdim etmişdir. DİM-in nümayəndəsi, həmçinin görüş iştirakçılarını 2019-cu il 22-27 sentyabr tarixlərində Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının 45-ci illik konfransı haqqında məlumatlandırmışdır.
Qeyd edək ki, Finlandiya Dövlət İdarəçiliyi İnstitutu dövlət qulluğu üzrə milli təlim institutudur. Finlandiya Dövlət İdarəçiliyi İnstitutu tərəfindən həyata keçirilən və Finlandiya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “PADOS II” Layihəsi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin dövlət idarəçiliyində müasir liderlik və potensial quruculuq mövzusunu əhatə edir. "PADOS II" həm ŞT dövlətləri üçün ümumi, həm də hər bir dövlətin dövlət qulluqçularının kompetensiyalarının artırılması sahəsində Finlandiya ilə ikitərəfli əməkdaşlığı nəzərdə tutan müxtəlif tədbirlərdən ibarət layihədir.