Onlayn treninqdə orta ixtisas təhsili müəssisəsinin nümayəndələri iştirak ediblər. İştirakçılara QABİS haqqında məlumat verilib, ümumilikdə 50-yə yaxın ali və orta ixtisas təhsili müəssisəsini özündə birləşdirən QABİS-in xüsusi qabiliyyət imtahanlarının daha təkmil həyata keçirilməsində gələcək rolu vurğulanıb.
QABİS-in yaradılmasında məqsəd peşəkar müəllimlərin imtahanlara cəlb edilməsinin genişləndirilməsi və kadr hazırlığını həyata keçirən təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq etməkdir. Onlayn treninqdə orta-ixtisas təhsili müəssisəsi tərəfindən təyin edilmiş məsul katiblərə QABİS-də necə işləmək haqqında ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.