İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında saat 10:00 və 15:00 olmaqla, 2 növbədə keçirilib.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahanlar başa çatdıqdan dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunub.
İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 268 nəfərdən 27 nəfər imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 126 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.
İmtahanda müvəffəqiyyət əldə edənlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.