Bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, orta ixtisas təhsili və ümumi təhsil məktəblərinin mütəxəssisləri iştirak etmişdir. 2022-ci ildə keçiriləcək xüsusi qabiliyyət imtahanlarının müsabiqə şərtləri, qəbul proqramları, normativlər və QABİS informasiya sistemində ekspertlər haqqında məlumatların yerləşdirilməsi müzakirələrin əsas mövzusu olmuşdur.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar haqqında ümumi məlumatlar “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində nəşr ediləcəkdir. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləyin.