Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər aprelin 26-dan 3 may saat 11:00-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:
https://exidmet.dim.gov.az/elimt/HakimTest
Test imtahanı 2024-cü il mayın 5-də saat 10:00-da kompüter vasitəsilə elektron qaydada keçiriləcək. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış buraxılış vərəqi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.