Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən sənədləri qəbul edilmiş namizədlər 2 oktyabrdan 7 oktyabr saat 12:00-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçməli və 8 oktyabrdan etibarən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər:
https://exidmet.dim.gov.az/elimt/prokurorluqtest
Test imtahanı 2024-cü il 10 oktyabr saat 10:00-da Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinin elektron imtahan korpusunda keçiriləcəkdir. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.