Keçirilmiş tədbirdə “Şagird-məzun” elektron informasiya sistemindən istifadə qaydaları, DİM-in ümumtəhsil müəssisələri üzrə təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilmiş və iştirakçıların suallarına ətraflı cavab verilmişdir.
Treninq zamanı, həmçinin, otk.az saytının təqdimatı keçirilmiş, saytdan istifadə qaydaları izah edilmiş, saytda online imtahanlarda iştirak etmək üçün hədiyyə kuponları paylanmışdır.