Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025-ci ilin 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla əlaqədar olaraq, 23 sentyabr 2024-cü il tarixində elan edilmiş müsabiqə üzrə müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin müsahibə qrafikində dəyişiklik edilib və 28 mart 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulmuş müsahibələr 2 aprel 2025-ci il tarixinə keçirilib.
Qeyd olunan dəyişiklik artıq namizədlərin “Şəxsi kabinet”lərində yerləşdirilən müsahibə qrafikində öz əksini tapıb. Həmçinin müsahibə qrafikində dəyişiklik edilməsi ilə bağlı namizədlərinin elektron poçt ünvanlarına müvafiq bildiriş göndərilib.
Namizədlər müsahibə qrafiki ilə aşağıdakı link vasitəsilə də tanış ola bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Report/MsbMshQrafiki?ElanID=553