Seminarda xüsusi qabiliyyət tələb edən xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisasları üzrə qabiliyyət imtahanı proqramı, qiymətləndirmə meyarları, imtahana hazırlaşmaq üçün metodiki tövsiyələr, qəbul şərtləri və növbəti tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında nəzərdə tutulan digər məsələlər müzakirə edilib. Müzakirədə qiymətləndirmə meyarlarının təftişi və yenilənməsi ilə bağlı işçi qrupunun yaradılması, səsləndirilən qeyd və təkliflərin "Abituriyent" jurnalının teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə xüsusi buraxılışında nəzərə alınması məqsədəuyğun hesab edilib.
24 noyabr 2023-cü il tarixində xüsusi qabiliyyət tələb edən xoreoqrafiya sənəti ixtisası üzrə seminar keçirilib
Seminarda Bakı Xoreoqrafiya Akademiyasının və Dövlət İmtahan Mərkəzinin nümayəndələri iştirak ediblər
24.11.2023 04:15