Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2026-cı il tarixində keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dil fənləri üzrə fəlsəfə doktoru imtahanından uğur qazanaraq şəhadətnamə əldə etmiş şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.
Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün info@dim.gov.az elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.