24-25 iyul 2025-ci il tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək. Apellyasiya komissiyası 26 iyul 2025-ci il tarixində saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.
|
Tarix |
Komissiyanın nömrəsi |
Fənn |
Ünvan |
|
26.07.2025 |
10-Rəngkarlıq 11-Qrafika |
rəngkarlıq |
Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24 |
|
26.07.2025 |
12-heykəltaraşlıq |
yapma |
Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24 |
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.